DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"

DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"Azərbaycanda karantin qaydalarını pozduğu üçün barəsində protokol tərtib edilən şəxslərə cərimənin məcburi ödətdirilməsi prosesinə başlanılıb.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, cərimə məbləğini ödəməyən şəxslərin əmlakı və mülkiyyətinin üzərinə həbs qoyula bilər:

“Qanunvericiliklə inzibati cərimənin ödənilməsi üçün verilən bir aylıq müddət bitdiyi halda həmin cərimə ödənilməsə toplanmış müvafiq materiallar məcburi icraata göndərilir. Daha sonra da məcburi icraatda həmin şəxsin əmlakının və mülkiyyətinin üzərinə məhkəmə qərarı ilə həbs qoyula, digər gəlirlərinə yönədilə bilər ki, cərimə məbləği oradan tutulsun”.

K.Əliyev deyib ki, ölkədə xüsusi karantin rejiminin tətbiq edildiyi vaxtdan indiyədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə ümumilikdə 56 min hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə tətbiq edilən xüsusi karantin qaydalarını pozan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə olunur. Buna görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər 2 000 manatdan 5 000 manatadək cərimə edilir.

xeberdar.net

DYP:"Cərimələri ödəməyənlərin əmlakı və mülkiyyətlərinin üzərinə həbs qoyula bilər"

  • 27-05-2020, 11:20
  • 385


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xəstənin 10 000-nini alıb kor etdilər - "Yeni Gəncə" klinikasından ŞİKAYƏT
  2. Avtomobil yollarındakı vəziyyətlə bağlı sürücülərə XƏBƏRDARLIQ
  3. Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni açıqlama
  4. Qarın piylərini yox etməyin üsulu açıqlandı
  5. Erməni hüquqşünas: "Hələ də morqlarda naməlum cəsədlər var”
  6. "“QARA BAZAR"a "KRIŞALIQ" EDƏN MƏMURLAR VAR” - Millət vəkilindən dollarla bağlı açıqlama
  7. Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb
  8. DİN Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub
  9. BŞİH Aparat Rəhbərinin 2 Milyonluq Mənzili – Qazancın Görünməyən Tərəfləri…
  10. Bir neçə qurum bilikdə 65 toyun monitorinqini həyata keçirib- 4 nəfər cərimələnib
«    Yanvar 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI