Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildi

513 4-06-2020, 10:00 cemiyyet

Əliyevin işdən çıxardığı kürəkəninə DTX-də vəzifə verildiBaş prokuror Kamran Əliyevin prokurorluq orqanlarında çalışmış kürəkəninin hansı dövlət orqanında işə başladığı məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Səbail rayon prokurorunun keçmiş müavini Orxan Nuriyevə Dövlət Təhlükəsizliyi Xidmətində vəzifə verilib.

Qeyd edək ki, Orxan Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini işləyən Eldar Nuriyevin oğludur.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında çalışan kürəkəninin vəzifədən azad olunması barədə əmr imzalayıb.

Xeberdar.net

XƏBƏR LENTİ