"...Bu halda cinayətkarların əlinə əla fürsət düşmüş olur..." -Xəyal Bəşirov maska və əlcək istifadəsindən danışdı

773 4-06-2020, 13:29 cemiyyet

"...Bu halda cinayətkarların əlinə əla fürsət düşmüş olur..." -Xəyal Bəşirov maska və əlcək istifadəsindən danışdı
Əlcək və üz maskası dünya üzrə həmişə cinayət törədən şəxslərin istifadə etdiyi əsas qorunma vasitələrindən olmuşdur
Xeberdar.net xəbər verir ki, Siyasi Şərhçi Xəyal Bəşirov bu barədə öz Facebook səhifəsində paylaşım edib. O, bildirib ki, Virusdan deyil, polisin təqibindən. Maska cinayətkarın üzünün insanlar tərəfindən görülməsinin və kamera görüntülərinə düşməsinin, əlcək də əl izlərinin qalmasının qarşısını almaq üçün istifadə edilib. Ancaq indiki şəraitdə bunların istifadəsi nəinki qadağan, hətta məcburi xarakter daşıyırsa bu halda əsl cinayətkarların əlinə əla fürsət düşmüş olur. Koronavirusun mənfi tərəflərindən biri də cinayətkarlığın və kriminogen durumun artmasına səbəb olması ilə bağlıdır. Təəccüb doğuran və maraqlısı odur ki, həqiqətən də dünyada çox şey mövcud şəraitdən və şərtlərdən asılıdır. Şərait və şərtlər dəyişiləndə hətta qanunla qadağan edilən istənilən bir şey qanuni, o vaxta qədər qanuni olan isə qadağan edilə bilər...
"...Bu halda cinayətkarların əlinə əla fürsət düşmüş olur..." -Xəyal Bəşirov maska və əlcək istifadəsindən danışdı

XƏBƏR LENTİ