Bakı Avrasiya Universiteti tələbələrin xeyrinə qərar verdi - İMTAHANLAR LƏĞV EDİLDİ

1 188 4-06-2020, 13:55 cemiyyet

Bakı Avrasiya Universiteti tələbələrin xeyrinə qərar verdi - İMTAHANLAR LƏĞV EDİLDİ
Bakı Avrasiya Universiteti Semestr imtahanlarının ləğvi ilə bağlı qərar qəbul edib.
Xeberdar.net xəbər verir ki, Bakı Avrasiya Universiteti “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 saylı qərarından irəli gələn məsələlər barədə Təhsil Nazirliyinin 20 may 2020-ci il tarixli 01-11-522/15 nömrəli məktubunun 2019/2020-ci tədris ilinin Yaz semestrinin imtahan sessiyası, yekun dövlət attestasiyasının keçirilməsi və təhsilalanların biliyinin qiymətləndirilməsi ilə bağlı qərar qəbul etmişdir.
1. Bakalavriat və magistratura səviyyələrində 2019/2020-ci tədris ilinin Yaz semestri üçün təhsilalanların fənlər üzrə biliyinin cari və aralıq qiymətləndirilməsi:
- cari tədris ili üçün fərdi tədris planı üzrə müəyyənləşdirilmiş təhsil haqqını tam məbləğdə ödəmiş təhsilalanların fənn (fənlər) üzrə onlayn dərslərdə iştirak edib-etməməsindən asılı olmayaraq cari və aralıq qiymətləndirilməsi təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə-UOMG) uyğun olaraq yekun qiymət çıxarılmaqla 100 ballıq sistem üzrə aparılır (51 baldan az olan hallarda yekun bal 51 hesab edilir). - Qiymətləndirmə nəticəsi ilə razılaşmayan təhsilalanların iyul ayının 5-nə qədər müraciətləri daxil olduğu halda onlar üçün cari ilin avqust-sentyabr aylarında imtahan sessiyası təşkil edilir; - onlayn dərslərə qoşula bilməyən tələbələrin iyul ayının 5-nə qədər istəyi və müraciətləri daxil olduğu halda cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) onlara ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunur və ənənəvi və ya onlayn imtahan sessiyası keçirilir; - Yaz semestrinin nəticələrinə görətəqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr
ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilir. - 2. Bakalavriat və magistratura səviyyələrində təhsilalanların ixtisas təcrübəsi üzrə qiymətləndirilməsi onların təhsil müddətində əldə etdikləri UOMG əsasında yekun qiymət çıxarılmaqla 100 ballıq sistemlə aparılır;
3. Bakalavriat səviyyəsində bütün ixtisaslar üzrə məzunların yekun dövlət attestasiyası tədris planlarına uyğun olaraq buraxılış yekun dövlət imtahanı formasında nəzərdə tutulmuşdur. Tədris planının bütün şərtlərini yerinə yetirmiş və təhsil haqqı borcu olmayan tələbələrə (cari tədris ilində buraxılış kursunda təhsil alanlar, həmçinin yekun dövlət attestasiyasında iştirak hüququ olan və cari semestrdə müraciət etmiş əvvəlki illərin tələbələri) təhsil müddətində əldə etdikləri nəticələrə (ümumi orta müvəffəqiyyət göstəricisinə-UOMG) uyğun olaraq yekun qiymət çıxarılır və onlar yekun dövlət attestasiyasından keçmiş hesab olunurlar. UOMG-yə uyğun çıxarılmış yekun dövlət attestasiya nəticələri ilə razılaşmayan tələbələr üçün cari ilin avqust-sentyabr aylarında ixtisas üzrə yekun dövlət imtahanı təşkil edilir;
2. Magistrlik dissertasiyasının təqdim eilməsi və müdafiəsi:
-dissertasiya elektron şəkildə təqdim olunur;
-dissertasiya işinin müdafiəsi onlayn formada keçirilir. Qiymətləndirmə 100 ballıq şkala üzrə aparılır, bu halda balın yarısı müdafiəyəqədərki fəaliyyətə, digər yarısı müdafiənin nəticəsinə görə müəyyənləşdirilir və magistrant tərəfindən qazanılmalıdır. Magistrantın müdafiəyəqədərki fəaliyyətinin qiymətləndirilməsi nəzəri təlim nəticələri üzrə orta bal, kafedranın magistrantın dissertasiya işi üzrə yekun balı, elmi rəhbərin verdiyi bal, elmi-pedaqoji və elmi-tədqiqat təcrübələrinin nəticələri üzrə yekin bal parametrləri üzrə aparılır və həmin parametrlərin hər biri maksimum 10 bal həddində müəyyənləşdirilir. Magistrlik dissertasiyasının məzmunu ilə bağlı tələblər Universitet tərəfindən magistrantlara birinci tədris semestrində dissertasiya mövzusunun təsdiqi zamanı verildiyindən və dissertasiya hazırlığı prosesi artıq başa çatdığından hər hansı əlavə tələb və dəyişiklik nəzərdə tutulmamışdır.

Mirzə li
XEBERDAR.NET

XƏBƏR LENTİ