“Best beef” kolbasa şirkəti müştəriyə böhtan atdı – Foto/Video

“Best beef” kolbasa şirkəti müştəriyə böhtan atdı – Foto/Video
Azərbaycanda qulaq hər gün bir söz eşitməsə kar, göz bir əndrəbadilik görməsə kor olar.
Biz saxta profillə “facebook”da yazan da görmüşük, müxtəlif növ trollar da qarşımıza çıxıb, naməlum məktublar da almışıq, amma ilk dəfədir ki, imzasız, möhürsüz, ünvansız “mətbuat xidməti” açıqlaması görürük.
Belə ki, Xeberdar.net Reportyor.info'ya istinadən xəbər verir ki, iyunun 1-də Reportyor.info-da “Best beef” kolbasasından görün nə çıxdı” başlıqlı foto xəbər yayımlamışıq.
Bir istehlakçı tərəfindən saytımızda göndərilən şəkildən görünür ki, kolbasanın içindən qəribə bir yad cisim, qırıntı çıxıb.
Bu məlumatdan sonra şirkətin “tərəfkeşləri”, etməyib tənbəllik, elektron poçtumuza “Best beef”in adından məktub göndəriblər.
Sizə təqdim edəcəyimiz həmin məktubun kim tərəfindən, hansı müəssisədən göndərildiyi qeyd olunmayıb. Sonunda “Hörmətlə,” yazılsa da, hörmətli şəxsin kim olduğu da açıqlanmayıb.
“Best beef” kolbasa şirkəti müştəriyə böhtan atdı – Foto/Video


Bildirilir ki, müəssisədə peşəkar mütəxəssislər çalışır, beynəlxalq standartlara uyğun laboratoriya fəaliyyət göstərir və onların apardığı araşdırma zamanı həmin yad maddənin (dəmir yaxud qırıntısı) kolbasanın içinə qəsdən daxil edildiyi qənaətinə gəlinib.
Belə ekspertlərə, laboratoriyaya gərək “quzu” kəsəsən. Onlar uzaqdan-uzağa, bu karantin müddətində marketdən istehlakçının aldığı kolbasanın içində məqsədli şəkildə qırıntının daxl edildiyini necə müəyyən ediblər, buna heç Eynşteyn də, Nyuton da izah verə bilməzdi.
Həmin müştəri müəyyən edilməli, şirkətə dəvət olunmalı, məhsul laboratoriyada yoxlanmalı, ardınca müstəqil ekspertlər rəy verməliydilər. Amma bunların heç biri edilməyib və şirkət adından yazılan məktubda müştəriyə böhtan atılır ki, qəsdən özü qırıntını kolbasaya daxil edib.
Yəni, bu dərəcədə absurd və gülməli bir açıqlama göndərilib ki, deməyə söz tapmırsan. Üstəlik, şirkət savadlı bir açıqlama yaza, sonunda redaksiyaya göndərilən məktubun altında imzasını qeyd edə bilərdi.
İkincisi, müştərinin kolbasanın içinə qırıntı daxil edib şəklini çəkib göndərməsində nə marağı ola bilər?
Amma “Best beef” adından göndərilən naməlum məktub müəllifi çox narahatdırsa, biz ona video fakt təqdim edəcəyik. Görək, buna dair bir savadlı, imzalı açıqlamaları nə olacaq, dərc etməyə hazırıq…


XEBERDAR.NET

“Best beef” kolbasa şirkəti müştəriyə böhtan atdı – Foto/Video

  • 8-06-2020, 13:31
  • 478


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Aslan Hüseynov faciəvi şəkildə ölüb - AÇIQLAMA
  3. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  4. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  5. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  6. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  7. Hərbi Prokurorluq məlumat yayıb
  8. Sabahın hava proqnozu açıqlandı
  9. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  10. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI