Azərbaycanlılar Rusiyada miqrasiya idarəsini mühasirəyə aldılar

Azərbaycanlılar Rusiyada miqrasiya idarəsini mühasirəyə aldılarDünən səhər Rusiyanın Yekaterinburq şəhərində bu ölkəyə yenicə gəlmiş azərbaycanlılar Federal Miqrasiya Xidməti İdarəsinin binasını mühasirəyə alıblar. Yerli mətbuatın yazdığına görə, miqrantlar səhər saat 9-da qəbula düşə bilmək üçün gecə saat 3-dən növbə tuturlar.

Həmin gün bu idarədə Sverdlovsk vilayətində müvəqqəti yaşayış üçün icazə kvotası paylanacaqmış.

Hadisələrin iştirakçısı olan azərbaycanlı Azər Ağazadə deyib: “Miqrantlar bura icazə vərəqəsini verən müfəttişin qəbuluna düşmək üçün gücədən növbədə gözləyirlər. 300 azərbaycanlıdan cəmi 10 nəfərinə icazə verilib! 200 qazaxıstanlıdan isə 25 nəfərinə! Bu nə biabırçılıqdır? Miqrantlar insan deyil? Hökumət hara baxır?!!”
İdarənin təmsilçisi isə deyib ki, ötən il Sverdlovsk vilayətində miqrantlara müvəqqəti yaşayış icazəsi üçün 4000 nəfərlik kvota ayrılmışdısa, bu il həmin rəqəm 3500-ə endirilib. (Virtualaz.org)

Azərbaycanlılar Rusiyada miqrasiya idarəsini mühasirəyə aldılar

  • 12-02-2016, 15:27
  • 511


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI