AZAL-dan Bakı-Naxçıvan reysi ilə bağlı açıqlama

658 11-06-2020, 18:08 cemiyyet / gundem

AZAL-dan Bakı-Naxçıvan reysi ilə bağlı açıqlamaİyunun 18-dən “Embraer 190” tipli təyyarələrlə ilk Bakı-Naxçıvan reysləri həyata keçiriləcək.

"Report" xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Eldar Hacıyev deyib.

“Həmin gün Naxçıvana 2 reys həyata keçiriləcək. Həmin təyyarədə 106 yer olsa da, bunun 100-ü üzrə bilet satışa çıxarılacaq. Əgər sərnişinlər arasında xəstəlik əlaməti olsa, onu arxa oturacağa keçirəcək xidmət göstərəcəklər”, - deyə o, qeyd edib.

XƏBƏR LENTİ