Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT

783 11-06-2020, 23:10 cemiyyet

Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT
Vətən - bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz, obamız bu torpaqlardadır. Baba və dədələrimiz bu torpaqlarda uyuyur, ata-anamız bu torpaqlarda addımlayırlar.
Gənclərə və vətəndaşlara vətənpərvərlik tərbiyəsinin aşılanmasını üçün tədbirlər kecirilməli, işlər görülməlidir. Bu işlərdə mübarizlərimizin- Mübarizlər Teatrı'nın rolu böyükdür. Hər biri ayrı ayrı bir Mübariz olan, Qarabağ qazilərindən ibarət bu qrup içdən etdikləri işlərlə insanın ruhunu titrədir. Ayrı -ayrı məktəblərdə keçirdikləri belə tədbirlərlə (təbii ki, sosial izolyasiya tədbirlərindən öncə) çoxsaylı şagird və müəllimin, məktəb kollektivinin sevimlisinə , eləcə də qürur yerinə çevrilmişdir. Mubarizlərin göstərdikləri səhnəciklərdən təsirlənən şagirdlər onlara öz münasibətlərini bildirirlər. Belə şagirdlərdən biri də Qobustan rayon şəhid Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbin 6-cı sinif şagirdi Elvin Hümmətovdur. Elvin Hümmətov öz rəsm işində onların vətənpərvərliyini əks etdirib:
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT

Təbii ki, Mübarizlər teatrı bunu cavabsız qoymayıb: Həm şagirdə, ailəsinə və məktəb müəllimlərinə öz təşəkkürünü bildirib.
Məktəbə gəldikləri vaxtlarda böyük şagird çoxluğu ilə qarşılanıb.
Şəkilləri təqdim edirik: (Fotolar 2018-ci ildə çəkilib)
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT
Hamımız vətənimizi sevməliyik - Bu vəzifədə Mübarizlərimizin rolu -ÖZƏL MÜNASİBƏT


Mirzə li

XEBERDAR.NET

XƏBƏR LENTİ