"...Mesajımız ünvanlıdır." - Hürrü Əliyev

939 15-06-2020, 13:27 siyaset / cemiyyet

"...Mesajımız ünvanlıdır." - Hürrü Əliyev
Sistemin sabah yenidən millətə, vətənə dövlətə xəyanət etmək üçün hazırladığı yeni dövr milli xainlər son illər hərəkətlənməkdədir." Bu sözləri Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev öz Feysbuk səhifəsində yazıb. O həmçinin bildirib ki, Bu gün həmin sistemin yetişdirdiyi bir çox yeni dırnaq arası demokratratlar, cümhuriyyətçilər, millətçilər, turançılar ortaya atılıb və fəallaşdırılıb.
Sabah millətə qəhrəman "müxalifət" kimi sırımaq istədikləri birləşməni (üçbucağı) biz bilirik, onları görürük və izləyirik. Həmin cənablara bildiririk ki, nə qədər ki, ifşa olunub millətin qarşısında rüsvay olmayıblar yenidən xalqın üzərindən oynamağa cürət edilən oyuna alət olmayıb öz işləri ilə məşğul olsunlar.
Bilsinlər ki, bu xına o xınadan olmayacaq. Sabah çirkin niyyətlərini həyata keçirmək üçün bu gün millətin inamını yenidən yerlərə atmaqla xalqın gələcəyinə olan ümidlərini tamamı ilə yox edib oyanan milli şüurunu, milli iradəsini parçalayıb məhv etmələrinə imkan verilməyəcək.
Bu dəfə əff yox cənablar.
Mesajımız ünvanlıdır.
"...Mesajımız ünvanlıdır." - Hürrü Əliyev

Mirzə li

XEBERDAR.NET

XƏBƏR LENTİ