İqbal Ağazadə:"Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın"

806 16-06-2020, 11:16 gundem

İqbal Ağazadə:"Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın"

















Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu, faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır.


Dünən gecə Rusiya-Azərbaycan sərhəddində baş verən hadisələr olduqca üzücü və utancvericidir. Bunu Ümid Partiyasının sədri İqbal Ağazadə özünün fysbuk səhifəsinə yazıb.

Partiya sədri qeyd edib:
"Aylardır xeyli sayda həmvətənimiz evinə, ailəsinə gələ bilmir. Ayrı-ayrı iş adamlarının, xeyirxah insanların köməyilə çadırda, məsciddə və ya açıq havada qalırlar.

Operativ Qərargahın ən ümdə vəzifəsindən biri də ölkə xaricində qalmış insanlarımızı vətənə qaytarmaqdır.

Səlahiyyətli dövlət qurumlarına səslənirəm:

Vətəndaşımıza sahib çıxın, onları sahibsiz, kimsəsiz insanlar kimi başqa dövlətin ərazisində saxlamayın.

Dövlətə vətəndaşına verilən qiymətə görə hörmət edərlər.

Başqa ölkənin güc strukturları yüzlərlə vətəndaşımızı dəyənəkləyirsə, bu, faciədir. Həm də vətəndaşın yox, dövlətin faciəsidir. Hər kəs məsuliyyətini dərk etməli, dərhal həmin insanlar ölkəmizə qaytarılmalıdır."

XƏBƏR LENTİ