FRANSA HÖKUMƏTİNİN “MADLEN HƏYASIZLIĞI”... - Və ya Paris Türkiyəni nədə ittiham edir?

970 18-06-2020, 12:49 dunya

FRANSA HÖKUMƏTİNİN “MADLEN HƏYASIZLIĞI”... - Və ya Paris Türkiyəni nədə ittiham edir?“NATO, Türkiyənin bu yaxınlarda öz müttəfiqlərinə yönəlik nümayiş etdirdiyi münasiəti ilə bağlı başını qumda gizlətməməlidir”. İyunun 17-də bu barədə Fransa Müdafiə Nazirliyinin nümayəndəsi bəyan edib. «Röyter» agentliyi sitat gətirdiyi nümayəndənin adını açıqlamır.

Britaniya informasiya agentliyinin həmsöhbəti bununla birlikdə, Türkyə hərbi-dəniz qüvvələrini Fransız gəmisini təqib etməkdə günahlandırıb. Gəmi guya, NATO missiyasını həyata keçirirmiş.

“Bizim alyansda mürəkkəb anlarımız olub, amma biz, straus («straus» - uça bilməyən, bərk yeriyən nəhəng Afrika quşudur) ola bilmərik və özüüzü elə göstərə bilmərik ki, NATO-nun Türkiyə problemi yoxdur. Biz, bunu görməli, deməli və problemin öhdəsindən gəlməliyik” - deyə, alyans müdafiə nazirlərinin sammiti ərəfəsindəki çıxışı zamanı fransalı məmur bəyan edib.

FRANSA HÖKUMƏTİNİN “MADLEN HƏYASIZLIĞI”... - Və ya Paris Türkiyəni nədə ittiham edir?
Bu həftənin əvvəlində yüksək çinli fransalı məmur bəyan edib ki, Paris «Türkiyənin daha da aqressiv və inadlı mövqeyindən» qəzəblənib.
Onun sözlərinə görə, Türkiyənin 7 gəmisi BMT TŞ-nın Liviyaya yönəlik silah embarqosunu pozaraq, bu ölkəyə hərbi texnika gətirməyə cəhd göstərəndən sonra, Liviya sahillərində lövbər salıb.

“Fransa bir kənarda qalmayacaq, nədən ki, türklər özlərini yolverilməz aparırlar və NATO-u istismar edirlər” - məmur deyib.

Bundn əvvəl Fransa xarici işlər nazirliyi (XİN) bəyan edib ki, Türkyənin Tripolinin «daxili işlərinə qaışması» artıq bu şimali Afrika ölkəsində vəziyyətin əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olub.

Parisdə qeyd ediblər ki, Türkiyə tərəf NATO üzrə həmkar olaraq, belə fəaliyyəti davam etdirməməlidir və Tripoli hökumətinə kömək göstərməməlidir.

Bu məqamdə qeyd ounmalıdır ki, Fransa tərəf Liviyada silahlı münqişənin alovlanmasında və ölkənin qanuni hakimiyyətinin devrilməsində - qanuni prezident Müəmmər Qəddafinin öldürülməsində fəal rol oynayıb.

İndi isə «Madlen ölkəsi» Liviyanın qanuni hökumətini (BMT tərəfindən tanınmış və Faiz Səracın başçılıq etdiyi Liviya milli razılıq hökuməti) dətəklədiyinə görə, Türkiyəni «madlencəsinə» ittiham edir, Tripoli hökumətini utanmadan «terrorçu qruplaşma» adlandırır.
FRANSA HÖKUMƏTİNİN “MADLEN HƏYASIZLIĞI”... - Və ya Paris Türkiyəni nədə ittiham edir?
Təsadüfi deyil ki, Türkiyə XİN iyunun 16-da bu bəyanata reaksiya verib. Bəyanatda deyilir ki, Fransa özünü Liviya milli ordusu (LMO) adlandıran qiyamçı qruplaşmanın komandanı marşal Xəlifə Həftarın tərəfində çıxış edir. Ankara isə haqlı olaraq, Həftarı «hərbi cani» hesab edir.

Bu mənada, təsadüfi deyil ki, bir müddət əvvəl Liviya Mlli Razılıq Hökumətinin (MRH) xarici işlər naziri Tripoli yaxınlığında həmin marşal Həftarın əlaltıları tərəfindən hərbi əsirlərin yandırıldığı ehtimal edilən sobanın və kütləvi məzarlıqların aşkar olunduğnu bəyan edib.

Belə cinayətlərin törədilməsində Fransa tərəfin iştirakının olmadığını iddia etmək üçün əldə heç bir əsas yoxdur. İndi isə Fransa hakimiyyəti özünün Liviyadakı cinayətkar fəaliyyətinə NATO-u da qoşmaq yolunu tutub.

Bax, buna deyərəm, «Madlen həyasızlığı»!

Mirzə AĞ

AzPolitika.info

XƏBƏR LENTİ