SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə

SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfəAzərbaycanda pandemiya dövründə hansı sahənin fəaliyyətində çətinliklər, fasilələr olsa da, tender və dövlət satınalmalarında hər şey “öz qaydasında” davam etməkdədir.

“AzPolitika.info” xəbər verir ki, iyunun 18-də Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair böyük tenderə yekun vurub. «Kommunal təyinatlı maşın və mexanizmlərin alınması» tenderdə «İmprotex Trucks and Buses» MMC qalib gəlib. Müqaviləyə görə, sözügedən şirkət Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün 9 milyon 997 min 414 manat, təqribən 10 milyon manatlıq kommunal texnika satacaq.

Qeyd edək ki, son 9 ay ərzində «İmprotex Trucks and Buses» MMC artıq ikinci dəfədir ki, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturlları üçün kommunal texnika alınmasına dair tenderin qalibi olur. 2019-cu ilin oktyabr ayında da bu şirkətdən böyük məbləğdə təxminən eyni təyinatlı avadanlıqlar alınıb.
SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə
Belə ki, 2019-cu ilin 18 oktyabrında «İmprotex Trucks and Buses» MMC-dən ümumi dəyəri 12 milyon 436 min 322 manat olan Kommunal təyinatlı maşın və mexanizmlər alınıb.

Qeyd edək ki, sözügedən şirkət keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova məxusudur. "Improtex Trucks and Buse" MMC sabiq nazirə məxsus olan "İmproteks Şirkətlər Qrupu"na aid şirkətlərdəndir. Fizuli Ələkbərovun sahibi olduğu bu qrupa minik və yük avtomobillərinin satışı, türizm, təmir-tikinti və digər sahəli şirkətlər aiddir./AzPolitika.info

SABİQ NAZİRİN ŞİRKƏTİ 10 MİLYONLUQ TENDERİN QALİBİ OLUB - Son 9 ay ərzində ikinci dəfə

  • 27-06-2020, 09:30
  • 565


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Polisin işə səthi yanaşması Göyçayda avtoxuliqanlıq nəticəsində qəzaların sayının artmasına səbəb olur
  2. ABŞ səfirliyinin əməkdaşlarına Rusiyanı tərk etmək öhdəliyi qoyulub
  3. Şəhid hərbçilərimiz dəfn olundu - YENİLƏNİB
  4. Babək rayon Nehrəm kənd sakinləri Naxçıvan MR Dövlət Nəqliyyat Xidmətindən şikayətçidirlər.
  5. Qalmaqallı deputat NAZİR OLMAQ EŞQİNDƏ... - Allah, SƏN SAXLA!..
  6. “ÖLÜ SÜKUT”: DSX-nin cəmiyyətə məlumat verməsində ciddi problem var - FOTO
  7. Prezidentin köməkçisi beynəlxalq təşkilatları Azərbaycana dəstək verməyə çağırıb
  8. Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA
  9. QƏZAYA UĞRAYAN HELİKOPTERLƏ BAĞLI YENİ DETALLAR ÜZƏ ÇIXDI - VİDEO
  10. Ermənistanla sərhəddə antiterror ƏMƏLİYYATI
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI