Şənbə günü üçün hava proqnozu açıqlandı

Şənbə günü üçün hava proqnozu açıqlandıMilli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, 4 iyulda Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 22-23, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam saatlarında bəzi şimal rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 31-36, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyulun 4-də Abşeron yarımadasında sabit hava şəraiti və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Xeberdar.net

Şənbə günü üçün hava proqnozu açıqlandı

  • 3-07-2020, 13:41
  • 521


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Azərbaycanda oğul atanı bıçaqladı
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI