Daha bir rayon su böhranı ilə üz-üzə

Daha bir rayon su böhranı ilə üz-üzəAzərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər. "Report" bildirir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub.

Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib.

Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.

Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. Qeyri-adi təbiət hadisəsi Kür çayı boyunca irəliləməkdə davam edir.

Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar.

Daha bir rayon su böhranı ilə üz-üzə

  • 5-07-2020, 15:19
  • 510


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI