"Lotu Quli"nin dəstəsinin üzvləri saxlanıldı

"Lotu Quli"nin dəstəsinin üzvləri saxlanıldı Kriminal aləmdə "Lotu Quli" ləqəb ilə tanınan Nadir Səlifovun tərəfdarları saxlanılıb.

xeberdar.net-in məlumatına görə, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib. Kriminal dəstənin 10 nəfər üzvü olub. Onlar süni şəkildə münaqişə yaradaraq, sahibkarlardan külli miqdarda pul tələb ediblər və ödəmədikləri təqdirdə sahibkarları zorakılıqla hədələyiblər. Məlum olub ki, dəstə üzvlərini Ukrayna tərəfindən axtarışda olan "Lotu Quli" ləqəbli şəxs idarə edir. Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərin yaaşdıqları yerdə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb", məlumatda bildirilib. /Report/

"Lotu Quli"nin dəstəsinin üzvləri saxlanıldı

  • 7-07-2020, 23:09
  • 453


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  2. Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK
  3. Göyçayda şəhid ailəsinə qarşı daha bir biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi
  4. Yardımlı rabitəsində BUMERANQ EFFEKTİ - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur? - VİDEO
  5. Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib
  6. Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib
  7. Sabah hava belə olacaq
  8. Vətən müharibəsi qazisi Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib
  9. ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRH
  10. "Silahlı Qüvvələrimizin Əfqanıstanda döyüş mövqeyi olmayacaq" - Türkiyə MN
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI