Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR

1 607 7-07-2020, 23:14 cemiyyet / bolge

Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
Qobustan rayonunun dövlət strukturlarının rəhbərləri İctimai iaşə obyektlərində və ticarət mərkəzlərində reyd keçirib, ictimaiyyətin koronavirus təhlükəsinə dair məsuliyyətini iş başında yoxlayıb. Bu barədə Xeberdar.net'ə Qobustan rayon İcra Hakimiyyəti aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Elman Mikayılov məlumat verib. E. Mikayılov bildirib ki, İcra hakimiyyətinin başçısının müavini, şöbə müdiri, Dövlət Təhlükəsizliyi Xidmətinin Qobustan rayon şöbəsinin əməkdaşları, POlis İdarəsinin əməkdaşları və gigiyena və epidemiologiya mərkəzinin direktoru ticarət obyektlərində satıcı və alıcılarla marifləndirici söhbətlər aparıb, pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələri izah ediblər. Küçə ticarətinə son qoyulması, antisanitariya yaradan halların təkrarlanmaması üçün xəbərdarlıqlar olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına tabeçilik, o cümlədən tibbi maskalardan istifadə və sosial məsafənin qorunması barədə tapşırıqlar verilib. Reyd zamanı ictimai iaşə obyektləri və ticarət mərkəzlərində aşkar edilən qanunsuzluqlarla bağlı yerindəcə tədbirlər həyata keçirilmişdir.
Vətəndaşların diqqətinə çatdırılıb ki, karantin rejiminə aid məhdudiyyətlərin bir qismi mərhələli şəkildə yumşaldıldıqdan sonra “COVID-19” infeksiyasına yoluxanların sayı kəskin artıb. İctimai məsuliyyətin monitorinqi və yoxlamalar mərhələli şəkildə davam edəcək.
Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR

Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR
Qobustan rayonunda COVİD-19 infeksiyası ilə bağlı reyd keçirilib- FOTOLAR


Mirzə li
XEBERDAR,NET

XƏBƏR LENTİ