Moskvada qoruyucu maska rejimi ləğv olunur –Mer açıqladı

Moskvada qoruyucu maska rejimi ləğv olunur –Mer açıqladıMoskvada məcburi qoruyucu maska rejimi ləğv olunur.

Bu barədə Rusiya paytaxtının meri Sergey Sobyanin öz şəxsi bloqunda yazıb.

O, iyulun 13-dən etibarən Moskvada küçələrdə məcburi maska rejiminin ləğv olunacağını söyləyib.

Bununla yanaşı, Moskva meri sosial məsafə tələbinin hələ də qüvvədə qaldığını vurğulayıb: “13 iyul 2020-ci il tarixindən küçələrdə vətəndaşlara maskadan, respirator və digər qoruyucu vasitələrdən istifadə etmək tövsiyə olunur. Küçələrdə məcburi maska rejimi isə ləğv olunur”.

Moskva meri vurğulayıb ki, ictimai nəqliyyatda, tibb müəssisələrində, mağazalarda və digər ictimai yerlərdə maskadan istifadə əvvəlki kimi vacibdir/APA.

Moskvada qoruyucu maska rejimi ləğv olunur –Mer açıqladı

  • 9-07-2020, 18:28
  • 515


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI