DTX İDARƏ RƏİSİNİN HƏBSİ İLƏ BAĞLI AÇIQLAMA YAYDI - "Faiq Bağırov və digərləri..."

DTX İDARƏ RƏİSİNİN HƏBSİ İLƏ BAĞLI AÇIQLAMA YAYDI - "Faiq Bağırov və digərləri..."Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı əməllərə yol vermələri ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilmişdir.

Xeberdar.net-in məlumatına görə, DTX-nin saytının yaydığı açıqlamada bildirilib ki, aparılan cinayət işi üzrə davam edən araşdırmalar zamanı XİN-in Konsulluq idarəsinin rəisi Faiq Bağırov tərəfindən Konsulluq məsələləri və sənədlərin təsdiqi şöbəsinin üçüncü katibi İlqar Əliyev, Konsulluq hüquq şöbəsinin müdiri Nurupaşa Abdullayev və tabeçiliyində işləmiş digər şəxslər vasitəsilə viza proseduru üzrə çoxsaylı xarici ölkə vətəndaşlarının adlarına Azərbaycan Respublikasına dəvət edən tərəfin vəsatətlərinin qısa müddətdə təsdiqi, habelə Azərbaycan Respublikası və xarici ölkə vətəndaşlarının təqdim etdikləri rəsmi sənədlərə şəhadətnamənin (apostilin) verilməsi, sənədlərin konsul leqallaşdırılmasının, eləcə də onun prosedurlarının tezləşdirilməsinin təmin edilməsi müqabilində əvvəlcədən müəyyən etdiyi konkret məbləğlərdə pul vəsaitlərinin müntəzəm surətdə rüşvət olaraq alınmasına əsaslı şübhələr müəyyən edilmişdir.


Cinayət işi üzrə Faiq Bağırov və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrar rüşvət alma cinayət əməllərinə görə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilmişdir.


Xeberdar.net

DTX İDARƏ RƏİSİNİN HƏBSİ İLƏ BAĞLI AÇIQLAMA YAYDI - "Faiq Bağırov və digərləri..."

  • 10-07-2020, 19:05
  • 434


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. DYP piyadalara xəbərdarlıq etdi
  2. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  3. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  4. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  5. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  6. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  7. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  8. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  9. Azərbaycanda oğul atanı bıçaqladı
  10. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI