İranda qalmaqallı qanun: “Farslar qədim dinlərinə qayıdır”

İranda qalmaqallı qanun: “Farslar qədim dinlərinə qayıdır”



































İran Məclisi (parlament) azyaşlıların hüquqlarının qorunması haqqında qanun layihəsini qəbul edib.
Qanundakı bəndlərdən biri ataya övladlığa götürdüyü azyaşlı qızı ilə evlənməyə icazə verir.
İranın mövcud qanunvericiliyinə görə, 13 yaşına çatmamış uşaq yalnız məhkəmənin qərarı və hakimin icazəsi ilə evləndirilə bilərdi. Ögey övladla evlənmək isə qəti qadağan idi. Yeni qanuna görə isə, bundan sonra İranda qızlar 13, oğlanlar isə 15 yaşdan sonra ailə həyatı qura bilərlər.

Ölkə mediası bu qanun layihəsini kəskin tənqid edib.
Qeyd edək ki, İranda azyaşlıların hüquqlarının pozulması ilə bağlı dəfələrlə həyəcan təbili çalınıb. Məlumata görə, 2010-cu ildə İranda yaşları 10-14 arasında olan 42 min uşaq, Tehranda isə yaşı 10-a çatmamış ən azı 74 qız zorla ərə verilib.

Bütöv Azərbaycan Ocaqları başqanının türk dünyası ilə əlaqələr üzrə müavini, fəlsəfə doktoru Faiq Ələkbərli Cebhe. info-ya açıqlamasında deyib ki, İran parlamentinin azyaşlıların hüquqlarının qorunması haqqında qəbul etdiyi qanun layihəsi nə İslam dininə, nə Türk törəsinə, nə də insanlığa uyğundur:

“Çünki qanundakı bəndlərdən biri ataya övladlığa götürdüyü azyaşlı qızı ilə evlənməyə icazə verir ki, bu ancaq qədim fars adətləri, onların qədim dini olan zərdüştlük ilə üst-üstə düşür.
Mənə elə gəlir ki, İran adlanan ölkənin Parlamentində təmsil olunan Türk millət vəkilləri buna etiraz etməlidirlər. Əks təqdirdə, bu yalnız Molla rejiminin deyil, onların adına, o cümlədən təmsil etdikləri Türk xalqının adına da qara ləkədir.
Hər halda bu, molla rejiminin mənəvi deqradasiyasinin son həddidir. Türk xalqı islam dininə və türk törəsinə uyğun hərəkət etməlidirlər”.
F. Ələkbərli hesab edir ki, farslar zərdüştlüyə dönərsə, bu İranda çoxsaylı problemlərə yol açacaq: “Vaxtilə böyük Türk mütəfəkkiri Əli bəy Hüseynzadə yazırdı ki, farslarla türkləri bir birinə bağlayan dövlətdən də çox islam dinidir. Əgər farslar ata dini hesab etdikləri zərdüştlüyə dönərlərsə, o zaman müsəlman türklər onlarla yollarını ayırmalı olacaq.
Həmin dövrdə bu təhlükəni görən farslar zərdüştlüyə üz tutmaqdan geri çəkilməyə məcbur oldular.
Ancaq son hadisələr göstərir ki, farslar yenidən zərdüştlüyə üz tutur, hətta bunu parlament səviyyəsində həyata keçirirlər. Belə olduğu təqdirdə, türklər hərəkətə keçməli və farslara hədlərini bildirməlidir. Bu isə o deməkdir ki, artıq farslarla yollarımızı ayırıb, öz yolumuzu getməliyik”.
Aydın
Cebhe. info

İranda qalmaqallı qanun: “Farslar qədim dinlərinə qayıdır”

  • 12-07-2020, 15:58
  • 409


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  2. Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK
  3. Göyçayda şəhid ailəsinə qarşı daha bir biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi
  4. Yardımlı rabitəsində BUMERANQ EFFEKTİ - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur? - VİDEO
  5. Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib
  6. Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib
  7. Sabah hava belə olacaq
  8. Vətən müharibəsi qazisi Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib
  9. ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRH
  10. "Silahlı Qüvvələrimizin Əfqanıstanda döyüş mövqeyi olmayacaq" - Türkiyə MN
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI