MN: iki hərbi qulluqçumuz şəhid oldu

930 12-07-2020, 18:05 cemiyyet / hadise / bolge

MN: iki hərbi qulluqçumuz şəhid olduMN: iki hərbi qulluqçumuz şəhid oldu
Xeberdar.net Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.
Görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri oturdulub.
Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!
Biz də Xeberdar.net kollektivi olaraq şəhidlərin ailələri və yaxınlarına səbr diləyirik. Yaralanan hərbi qulluqçularimiza isə Allah şəfa versin.
VƏTƏN SAĞ OLSUN!

XƏBƏR LENTİ