“Hər zaman səninləyik Azərbaycan” - Türkiyənin Vitse-prezidenti

660 14-07-2020, 09:00 cemiyyet

“Hər zaman səninləyik Azərbaycan” - Türkiyənin Vitse-prezidentiTürkiyənin Vitse-prezidenti Fuad Oktay “Twitter”dəki hesabında Azərbaycanda dəstəyini ifadə edib.

“Report” xəbər verir ki, Fuad Oktay sosial media hesabında “Səninləyik Azərbaycan” - paylaşımı edib.

Türkiyə-Azərbaycan dostluğunu vurğulayan Vitse-prezident bunları qeyd edib:

"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".

Qeyd edək ki, daha əvvəl Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkədəki hesabında Azərbaycanla bağlı paylaşım edib

XƏBƏR LENTİ