"-...Azərbaycanın demokratikləşməsi istiqamətində birlik, bərabərlik arzulayıram" - İqbal Ağazadə cəbhəçiləri təbrik etdi

"-...Azərbaycanın demokratikləşməsi istiqamətində birlik, bərabərlik arzulayıram" - İqbal Ağazadə cəbhəçiləri təbrik etdi
Bu gün bildiyimiz kimi AXC partiyasının yaranmasından 31 il ötür.
Xeberdar.net xəbər verir ki, Ümid partiyasının sədri İqbal Ağazadə bu münasibətlə Xalq hərəkatında iştirak edən hər kəsi təbrik edib.
Təbrikdə deyilir: "-1988-ci ildə SSSRidə başlayan proseslər nəticəsində Azərbaycanda da Xalq Hərəkatı vüsət almağa başladı və ilk təşkilat olaraq, Azərbaycanın bütün işıqlı, azadlıqsevər insanları Azərbaycan Xalq Cəbhəsi Təşkilatı adı altında birləşdilər. Təşkilat 1989-cu ilin iyulun 16-da Nazirlər Kabinetinin qərarı ilə rəsmi qeydiyyatdan keçib.

Azərbaycan Xalq Cəbhəsinin Azərbaycanın Müstəqilliyinin bərpasında, o cümlədən torpaqlarımızın qorunması istiqamətində çox böyük əməyi olub.

Belə ki, çoxsaylı batalyonlar formalaşdırıldı, könüllülər cəbhə bölgəsinə göndərildi, o cümlədən siyasi mübarizənin önündə olan bu təşkilat müstəqilliyimizin bərpasında, onun elan olunmasında da kifayət qədər ciddi xidmətlərə malik oldu.

1995-ci ilədək Azərbaycan Xalq Cəbhəsi ictimai-siyasi təşkilat kimi fəaliyyət göstərsə də, 1995-ci il parlament seçkiləri öncəsi Azərbaycan Xalq Cəbhəsi Partiyası kimi qeydiyyatdan keçdi. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Azərbaycan Xalq Cəbhəsi Təşkilatının sıralarından çıxmış, başqa-başqa partiyalarda birləşmiş insanların hamısı faktiki olaraq, Xalq Cəbhəsinin varisi hesab oluna bilər.

Təşkilatın ilk iclasında onun rəhbəri seçilmiş və vəfatına qədər təşkilatın rəhbəri olmuş mərhum prezident Əbülfəz Elçibəyin ruhunu sayğı ilə anır, bu gün təşkilat kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasını və Xalq Cəbhəsindən törəmiş, özünü Xalq Cəbhəsinin varisi hesab edən bütün təşkilatları, Xalq Hərəkatında iştirak edən bütün insanlarımızı Azərbaycan Xalq Cəbhəsinin yaranışının 31 illiyi münasibətilə təbrik edir, mübarizəmizdə uğurlar, Azərbaycanın demokratikləşməsi istiqamətində birlik, bərabərlik arzulayıram."

"-...Azərbaycanın demokratikləşməsi istiqamətində birlik, bərabərlik arzulayıram" - İqbal Ağazadə cəbhəçiləri təbrik etdi

  • 16-07-2020, 17:00
  • 739


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Ağdam rayon İcra Hakimyyətinin başçısı şəhidin qardaşını işdən çıxardı
  2. Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB
  3. MTN GENERALININ RÜŞVƏT ALDIĞI ŞƏXSLƏRİN ADLARI AÇIQLANDI - Siyahı
  4. Prokurorluq Gəncədəki ölüm hadisəsi ilə bağlı məlumat yayıb
  5. “Azərişıq”in əməkdaşını cərəyan vurub öldürdü
  6. İrəvanda Türkiyə bayrağı gəzdirənlər iranlı çıxdı?..- Ermənistan polisi...
  7. Araik Xocalı ərazisində sement zavodu acdı... YENİLƏNİB-FOTOLAR+VİDEO
  8. Sumqayıtda üçüncü dəfə evdən gedən gənc ana iki ay sonra Bakıda tapılıb
  9. Sabah Bakıda hava küləkli olacaq - Dağlıq rayonlara yağış yağacaq
  10. Sabunçunu daha kimlər TALAYIR... - İTTİHAM
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI