Millət vəkili Şahin Seyidzadə 2020-ci ilin yaz sessiyasına yekunlarına dair hesabatını təqdim edib

998 21-07-2020, 16:51 siyaset / cemiyyet

Millət vəkili Şahin Seyidzadə 2020-ci ilin yaz sessiyasına yekunlarına dair hesabatını təqdim edib
Xeberdar.net xəbər verir ki, 50 saylı Qobustan - Abşeron seçki dairəsindən Millət Vəkili Şahin Seyidzadə 2020-ci il Yaz sessiyasının yekunlarına dair hesabatını ictimaiyyətə təqdim edib. Hesabatda deyilir :Hörmətli seçicilər, həmkarlar və media nümayəndələri!

Artıq Azərbaycan Respublikasının VI çağırış Milli Məclisi 2020-ci ilin Yaz sessiyası və növbədənkənar iclaslar üzrə fəaliyyət dövrünü geridə qoydu. Bu fəaliyyət dövrüdə ölkəmiz və dünya üçün müəyyən qədər çətinliklər yaşanmışdır. #COVID19 virusu ilə mübarizə, Azərbaycan sərhədində düşmən tərəfindən təxribat törədilməsi kimi hadisələrdə #millibirlik göstərərək, nümunəvi addımlar atdıq. #Koronavirus pandemiyasının hal-hazırda da davam etməsinə baxmayaraq, fəaliyyətimizin təşkili onlayn üsullar tətbiq edilməklə davam etdirilməkdədir.

Geridə qoyduğumuz müddət ərzində qanunvericilik, parlamentlərarası münasibətlər, dövlət siyasətinin dəstəklənməsi, elm və təhsil, həmçinin gənclər və idman kimi bir çox istiqamətdə işlər görülür. Eləcə də 50 saylı #Abşeron-#Qobustan seçki dairəsində yaşayan seçicilərimiz tərəfindən ünvanlanan müraciətlər əsasında müvafiq iş aparılmaqla, mütəmadi videoqəbullar həyata keçirilməkdədir. Həmçinin seçicilərlə işin təşkili zamanı hər zaman əhəmiyyət kəsb edən əlçatanlığın davamlı olmasının təmin edilməsi istiqamətində işlər aparılaraq, ünsiyyət platformaları və vasitələri ilə əhatə dairəmiz genişləndirilmişdır.

Seçicilər tərəfindən daxil olan müraciətlər, keçirilən qəbullar, müraciətlər əsasında aparılan iş prosesi, parlament iclasları, televiziya, KİV və informasiya portalları ilə iş barədə ətraflı göstəricələrin əks etdirən xülasəni https://cutt.ly/yaz2020xulase vasitəsi ilə endirərək, tanış ola bilərsiniz.

Növbəti sessiya dövrünün başlamasına qədər olan müddətdə də seçicilərimizlə onlayn ünsiyyəti təmin etməyimiz üçün bütün vasitələrimiz daima aktivdir. Sözsüz ki, koronavirus pandemiyası bitdikdən və xüsusi karantin rejimi yekunlaşdıqdan sonra qəbullarımız canlı formada davam edəcəkdir.

Mirzə li
Xeberdar.net[
/size]

XƏBƏR LENTİ