İqbal Ağazadədən xaricdəki azərbaycanlılara müraciət:"Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır"

İqbal Ağazadədən xaricdəki azərbaycanlılara müraciət:"Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır"Ümid Partiyasının sədri İqbal Ağazasdə xaricdə yaşayan soydaşlarımıza müraciət edərək, erməni təxribatına uymamağa çağırıb.

Xeberdar.net-in məlumatına görə, partiya sədrinin müraciətində deyilir:

“Loc-Ancelesdə, Brüsseldə ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşilikdən sonra Rusiyada da analoji hadisə təkrarlandı. Ermənilər azərbaycanlını döyərək video çəkiliş edib sosial şəbəkələrdə yaydılar.

Bu gecə buna cavab olaraq Rusiyanın bir sıra şəhərlərində azərbaycanlılar baş verən hadisələrə cavab məqsədilə emosional addımlar atıblar.

Rusiyada yaşayan soydaşlarımıza müraciət edirəm:

Əziz həmvətənlərim, dəyərli qardaşlarım!

Ermənistanın təcavüzkar siyasətinin durdurulmasına qarşı dünyanın hər yerində göstərdiyimiz milli birliyimiz düşmənlərimizi də ciddi narahat edir. Haqq işimizdə bizə dəstək vermək istəyən başqa millətlərin də sayı günbəgün artır.

Belə məqamda təxribat törədərək bizi qarşıdurmaya çəkmək istəyən xüsusi qüvvələr var və olacaq.
Sizi bu təxribatlar vasitəsilə qeyri-qanuni müstəviyə çəkməklə həyatınızı, əmlakınızı, iş yerlərinizi təhlükə altında qoyub zəiflətmək məqsədi güdürlər, birliyimizi pozmağa, bizi dinc müstəvidən savaş müstəvisinə çıxarmaqla haqlı işimizi haqsız göstərməyə çalışırlar.

Əziz qardaşlar!

Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır. Heç kimin emosional çağırışlarına uymayın. Mən hamının yanğısını, nifrətini anlayıram. Lakin bu çıxış yolu, problemin həlli variantı deyil.

Müharibə orda getmir, siz orda hansı qeyrət, güc göstərsəniz də Qarabağda heç nə dəyişməyəcək.

Savaş Qarabağda olacaq.

Siz yaşadığınız yerlərdə bizim haqq işimizi müdafiə edən digər millətlərin sayını artırın, xalqımıza qarşı sevgi formalaşdırın.

İmkanlarınız güclü, münasibətləriniz hüquqi olsun.

Hamınızı bu təxribatlara uymamağa, olduğunuz yerlərdə qeyri-qanuni addımlar atmamağa, gücünüzü Qarabağda başlayacaq son döyüşə saxlamağa səsləyirəm”.

İqbal Ağazadədən xaricdəki azərbaycanlılara müraciət:"Durun! Bu sizlərə, xalqımıza qarşı böyük təxribatdır"

  • 24-07-2020, 11:28
  • 1 095


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. SƏTTAR MÖHBALIYEV SİZ KİMSİNİZ?..
  2. Deputat Nabranda sərxoş halda polisi döydü — ŞOK
  3. Göyçayda şəhid ailəsinə qarşı daha bir biganəlik-Şəhid Fərid Nadirovun atası problemləri ilə bağlı prezidentə müraciət etdi
  4. Yardımlı rabitəsində BUMERANQ EFFEKTİ - "Aztelekom" "ədalət carçısı"nı niyə işdən qovur? - VİDEO
  5. Azərbaycanda daha 615 nəfər koronavirusa yoluxub - 5 nəfər vəfat edib
  6. Ceyhun Bayramov ABŞ rəsmisi ilə sərhəddəki gərginliyi müzakirə edib
  7. Sabah hava belə olacaq
  8. Vətən müharibəsi qazisi Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib
  9. ABŞ generalı Bakıya niyə gəlib? - ŞƏRH
  10. "Silahlı Qüvvələrimizin Əfqanıstanda döyüş mövqeyi olmayacaq" - Türkiyə MN
«    Avqust 2021    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI