Millət Vəkili Seldən zərər çəkmiş yerlərdə oldu - FOTOLAR

Millət Vəkili Seldən zərər çəkmiş yerlərdə oldu - FOTOLAR
Son günlər ölkə ərazisində leysan xarakterli yağışların yağması bir çox rayonlar kimi Qobustan rayonu mərkəzində və kəndlərdə fəsadlara yol açıb. Güclü sel nəticəsində təsərrüfatlara əraziyə ciddi ziyan dəyib.
Xeberdar.net xəbər verir ki, Bununla bağlı olaraq, 50 saylı Qobustan- Abşeron seçki dairəsindən Millət vəkili Şahin Seyidzadə hadisə ilə yerində tanış olmaq üçün rayona gedib. Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədovla birlikdə seldən zərər çəkmiş yerlərlə tanış olublar.
Millət Vəkili Feysbuk səhifəsində bildirib ki, Qobustan rayonunda baş verən sel fəsadları ilə yerində tanış olduq.

Qısa müddət əvvəl Poladlı, Xilmilli kəndlərində və Qobustan şəhərində təbii fəlakət, həmçinin Pirsaat çayının Poladlı kəndi ərazisində baş verən çirkab sularının axması problemi baş vermişdir. Seçicilərimizdən (Qobustan şəhəri - Рамин Камв, Yaqut Mursalıyeva, Xilmilli kəndi - Nəriman Cəbrayılov, Abuzər Mamedov, Dövlət Məmmədov, Elnur Qayıbov, Poladlı kəndi - Sail Ismayılov, Fikrət Əmrahov, Tofiq İsmayılov) son günlər bu məsələ ilə bağlı müraciət daxil olmuşdur. Bu gün Qobustan rayon İcra hakimiyyətinin başçısı cənab Adil Məmmədovla birlikdə yerində cari vəziyyətlə tanış olduq.

Məlumat üçün qeyd edim ki, təbii fəlakət baş verən zaman İcra hakimiyyəti, yerli İcra nümayəndəliyi, Bələdiyyə və Fövqəladə Hallar Nazirliyinin regional briqadaları tərəfindən çevik reaksiya göstərilmişdir. Sel daşqınının ardından yaranan işıq və qaz kəsintisi baş verən gün ərzində qısa müddətdə aradan qaldırılmış, sözügedən kəndlər, eyni zamanda Qobustan şəhərində sel nəticəsində su dolmuş həyətlərdən pompalar vasitəsi ilə sular çəkilmişdir. Hər iki kənddə olan fəsadlarla tanış olan zaman daxili yollarda sel nəticəsində yaranmış problemlərin xüsusi texnika ilə artıq aradan qaldırılmasının şahidi olduq.

Hal-hazırda sel nəticələrinin bərpa işləri davam etdirilməkdədir. Həmçinin sakinlərin də görülən işlərdə təşəbbüs göstərməsi və nəticələrin aradan qaldırılması üçün öz dəstəyini verdiyini görmək çox xoş oldu.

Məlumat üçün qeyd edim ki, dəymiş ziyanın dəyərləndirilməsi və baxış keçirilməsi haqqında Fövqəladə Hallar Nazirliyinə müraciət ünvanlanıb.

Millət Vəkili Seldən zərər çəkmiş yerlərdə oldu - FOTOLAR

  • 26-07-2020, 13:27
  • 682


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “Delta” ştammına yoluxanların ən çox şikayət etdiyi əlamətlər
  2. Almaniya millisinin olduğu təyyarə təcili eniş edib
  3. RUSİYA SÜLHMƏRAMLILARI İLƏ ERMƏNİLƏR ARASINDA QANLI İNSİDENT - İki sülhməramlı yaralanıb
  4. Bakıda 62 yaşlı kişi arı sancmasından ölüb
  5. Qubada 19 yaşlı qadın dünyaya üçəm gətirib
  6. Nazilə Gültac: "Məqsədimiz Qarabağ zəfərini ədəbi dillə dünyaya çatdırmaqdır"
  7. Yevlaxda stadionun mühafizəçisi iş yerində ölüb
  8. Azərbaycanda oğul atanı bıçaqladı
  9. Ramiz Göyüşovdan müsahibə alan jurnalist saxlanılıb - RƏSMİ
  10. ABŞ 20 il sonra 11 sentyabr hücumlarının qurbanlarını anır
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI