"YA QARABAĞ YA ÖLÜM.." - Hürrü Əliyev

757 26-07-2020, 14:58 ---

"YA QARABAĞ YA ÖLÜM.." - Hürrü Əliyev
Son vaxtlar həm ölkə daxilində həm də bütün dünyada azərbaycanlıların birlik nümayiş etdirmələri hər birimizdə qürur doğurur.
Xeberdar.net xəbər verir ki, Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev xalqa müraciət edib: Əziz millətimiz bir mənalı qəbul etməliyik ki, Vətənimizin bütövlüyü Qarabağın azadlığı öz milli iradəmizdən və şovinist güclərə qarşı dirənişimizdən keçir.
Ayrı bütün xarici dövlətlərin dəstəkləri sadəcə söz və siyasi mahiyyət daşıyır.
Hər bir dövlətə siyasi və mənəvi dəstəklərindən dolayı təşəkkürümüzü bildirməklə öz problemlərimizi özümüz həll etməliyik.
Türkiyə və türk dünyası millət olaraq hər daim Azərbaycanın yanında olub hər zaman da olacaq bunu bilirik buna əminik.
Amma qardaş Türkiyə iqtidarının özü belə siyasi və hakimiyyət maraqlarından çıxış edir.
Nə Qarabağa hücum nə müharibə əmri olmayacağını onlarda gözəl bilir.
Bu dəfə laqeyid olmamalıyıq.
Şəhidlərimizin qanını yerdə qoymamalıyıq.
Bu Vətənimizə və şəhidlərimizə qarşı bağışlanmaz haqsızlıq olar.
Bunun üçün də özümüz bir millət olaraq dönməz və dirənişli milli iradə ortaya qoymalıyıq.
Ya Qarabağ Ya ölüm şüarı altında ancaq və ancaq müharibə tələbi ilə meydanlarda olmalıyıq.
2016 - cı ilin Aprelində bir başqa siyasətlə bu ruhu çökdürdülər indi də tamam fərqli siyasətlə millətin Vətən coşqusunu söndürmək niyyətindədirlər.
İmkan verməməliyik, bu qədər cılızlaşdırılıb əzilməyimizə imkan verməməliyik. Çox gec olmadan Bütün siyasi ictimai təşkilatlar və bütün Vətənsevərlərimizlə bir araya gəlməklə Qarabağın azadlığı üçün ümumi Bəyanat qəbul etməliyik.
Millət bizdən bunu tələb edir və bunu gözləyir.


Mirzə li
Xeberdar.net

XƏBƏR LENTİ