Belarusda dövlət teleradio şirkəti tətil elan edib - Efir boş qalıb

Belarusda dövlət teleradio şirkəti tətil elan edib - Efir boş qalıb Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

“Report” “tut.by”a istinadən xəbər verir ki, 600 nəfər şirkət binası qarşısında nümayişə çıxacağını elan edib.

Məlumata görə, tətili elan etmədən öncə onlar şirkət rəhbəri İvan Eysmonta məktub ünvanlayıblar. Məktubda işçilər seçki nəticələrini saxta elan olunması, MSK sədri Lidiya Yermoşinanın istefaya göndərilməsi, siyasi məhbusların azad edilməsi, KİV-də senzuranın ləğvini tələb ediblər.

Bildirilib ki, məktubu imzalayanların sayı 55-i ötüb. Qeyd olunub ki, şirkətin 1,5 min əməkdaşı mövcuddur.


<a href="http://[video=https://twitter.com/i/status/1295253286732300289%20%20target=_blank&gt;]My Webpage

Belarusda dövlət teleradio şirkəti tətil elan edib - Efir boş qalıb

  • 17-08-2020, 11:56
  • 716


Oxşar mövzular
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI