Bakıdan Qubaya gedən gənclər qəzada dünyasını dəyişdi

1 018 17-08-2020, 22:18 cemiyyet

Bakıdan Qubaya gedən gənclər qəzada dünyasını dəyişdi


Avqustun 16-da səhər saat 6.15-də Bakı -Quba yolunun 140,5 -ci km-də - Şabran rayonunun Aygünlü kəndi ərazisində 3 nəfərin ölümü, bir nəfərin ağır yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

İstiPress-ə istinadən Xeberdar.net'in verdiyi məlumata görə, Şabran rayon sakini, 25 yaşlı Vilayət Mikayıl oğlu Hüseynovun idarə etdiyi "Mersedes"markalı avtomobillə Bakıdan Quba istiqamətinə gedərkən avtomaşın yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 3 sərnişin - Bakı sakini, 35 yaşlı Məftun Adil oğlu Nəzərov, 28 yaşlı Yevlax sakini, hazırda Abşeronda yaşayan Tovuz Abbas qızı Hüseynova və Bakı sakini, 34 yaşlı Vüsal Laçın oğlu Ağacanov yerindəcə ölüb. Sürücü Vilayət Hüseynov isə koma vəziyyətində Şabran rayon mərkəzi xəstəxanasına çatdırılıb, hələlik komadan ayılmayıb.

Avtomobildə sıxılıb qalmış 3 sərnişinin meyitini FHN-nin əməkdaşları çıxarıb. Dəhşətli qəza faktını Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi araşdırır. Fakta görə CM-nin 263.3 maddəsilə cinayət işi açılıb.

Ölkədə xüsusi karantiin rejimi davam etdiyi, Bakıdan rayonlara gediş-gəlişin qadağan olduğu bir vaxtda Bakı və Abşeronda yaşayan 3 nəfərin xüsusi polis postundan necə keçməsi, onların icazələrinin olub-olmaması da istintaqın gedişində araşdırılacaq.

XƏBƏR LENTİ