HƏRƏKAT BAŞQANINDAN TƏKLİF: Vətən üçün iqtidar-müxalifət yoxdur. Avqustun 23-ü...

1 874 18-08-2020, 16:12 siyaset

HƏRƏKAT BAŞQANINDAN TƏKLİF: Vətən üçün iqtidar-müxalifət yoxdur. Avqustun 23-ü...

Xeberdar.net xəbər verir ki, Bəyaz Hərəkatı Başqanı Hürrü Əliyev partiya və təşkilat rəhbərlərinə dəvət ünvanlayıb. Dəvətdə deyilir:
Biz- Bəyaz Hərəkat olaraq, 23 Avqust tarixində Tovuz döyüşlərinin qəhrəmanları, Generalımız Polad Həşimov başda olmaqla əsgər və zabitlərimizin şəhadətinin 40-cı günündə iqtidar-müxalifət təşkilatları ilə birgə ziyarət yürüşü təşkil etməyi təklif edirik.
Bu aksiya təklifimiz gerçəkləşərsə, Qarabağın azadlığı, şəhidlərimizin qisası yolunda iqtidar-müxalifət demədən birliyimizi və həmrəyliyimizi nümayiş etdirərək ölkədəki gərgin siyasi qarşıdurmanı barışa və uzlaşmaya gətirmək üçün önəmli addım atmış olacayıq.
Ölkədəki mövcud karantin rejimi səbəb gətirilərək kütləvi şəkildə ziyarətə izin verilməzsə, sadəcə partiya və təşkilat rəhbərlərini birlikdə Şəhidlərimizi ziyarət etməyə dəvət edirik. Müharibə şəraitində olan Vətənimizdə bugün xalqımızın görmək istədiyi və dövlətimizə dəstəyimizin təzahürü olan Birliyi təmin etməyə təşəbbüs göstərmək Vətən, millət qarşısında borcumuz və ən doğru addımımız olacaqdır.
Hürrü Əliyev
Bəyaz Hərəkat başqanı


Mirzə li
XEBERDAR.NET

XƏBƏR LENTİ