"Azərişıq" abonentləri etirazlara təhrik edir-"vətəndaşa kömək etmək əvəzinə “London” taksiləri alırlar"-GİLEY

"Azərişıq" abonentləri etirazlara təhrik edir-"vətəndaşa kömək etmək əvəzinə  “London” taksiləri alırlar"-GİLEY

“Pandemiya dövründə kommunal xərclərə görə vətəndaşları incitməyin!”

Bu sözü ölkə başçı İlham Əliyev müşavirələrdən birində televiziya vasitəsilə aidiyyatı qurumuların rəhbərlərinə ünvanlayıb. Buna baxmayaraq “Azərişıq” ASC vətəndaşlarda ciddi narazılıq yaradır. Bakı şəhərində bir çox ərazilərdə xəbərdarlıq edilmədən borca görə abonentlərə elektrik enerjisinin verilməsi dayandırılır. Bu ərazilərdən biri də Binəqədi rayonu Biləcəri qəsəbəsidir. Bu gün bu ərazidə xəbərdarıq edilmədən kütləvi şəkildə vətəndaşlara verilən elektrik enerjisi dayandırılıb.
Bu barədə xeberdar.net-ə Biləcəri qəsəbə sakini Nəsimi Məmiyev məlumat verib.

N. Məmiyev deyib:
“Heç bir xəbərdarlıq etmədən bu gün səhər “Azərişıq”ın əməkdaşları işıqlarımızı kəsiblər. Əməkdaşlardan bunun səbəbini soruşduqda, “bizə deyirlər gedin filan ünvana verilən elektirik enerjisini dayandırın, biz də dayandırırıq. Şikayətiniz varsa yuxarıya bildirin-deyə cavab verdilər.”
Abonent əlavə olaraq qeyd edib ki, insanların ödəniş etməyə imkanı yoxdur. Pandemiya dövründə vətəndaşa güzəşt emək, onların kommunal xərclərini ödəmək əvəzinə borca görə elektrik enerjisinin verilməsini dayandırırlar.
“İnsanaların sosial vəziyyəti çox ağırdır. Karantin dövründə bir çox insanlar işləyə bilmədi. Bu gün insanların çoxunun nəinki elektrik borcunu ödəmək, heç çörək almaq imkanı yoxdur. Kommunla məsələlərdə insanlara güzəşt edilməlidir.”- deyə N.Məmiyev bildirib.[/b]
"Azərişıq" abonentləri etirazlara təhrik edir-"vətəndaşa kömək etmək əvəzinə  “London” taksiləri alırlar"-GİLEY
Qeyd edək ki anoloji vəziyyət Nərimanov rayonunda da baş verir. Burada isə fərqli olaraq vətəndaşlara saxta, yəni, heç bir möhür, heç bir hüquqi əsas olmayan xəbərdarlıqlar təqdim olunur və elə həmin gün də vətəndaşa verilən elektrik enerjisi dayandırılır. Bu isə pandemiya dövründə müflüsləşən, işlətdiyi elektrik enerjisinə görə pul ödəyə bilməyən abonentlərdə ciddi narazılıq yaradır. Bunlar isə vətəndaşa kömək etmək, naraılıqlarlı aradan qaldı əvəzinə gedib milyonlarla pul verib “London” taksiləri alırlar.


















Xatırladaq ki, qanunvericiliyə uyğun olaraq fiziki şəxslərə xəbərdarlıq edilməli, xəbərdarlıqdan sonra bir ay müddətində abonent borcunu ödəmirsə elektrik enerjisinin verilməsi dayandırılmalıdır.

Qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

"Azərişıq" abonentləri etirazlara təhrik edir-"vətəndaşa kömək etmək əvəzinə “London” taksiləri alırlar"-GİLEY

  • 18-08-2020, 21:56
  • 1 333


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Bakı Avrasiya Universitetində tələbələrə yaradılan yeni fürsətlərdən danışılıb - FOTOLAR
  2. İRANDA TAXT-TAC DÖYÜŞLƏRİ BAŞLAYIB - Rəisinin administrasiyası islahatçıları "təmizləyiir"...
  3. Şok iddia: “Türkiyənin nüvə silahı...” - Yeni anlaşma balansı dəyişir
  4. Taleh Əliyev: “Nümayiş etdirdikləri birliyə görə xalqımıza minnətdarlığımı bildirirəm”
  5. Türkiyə hərb sənayesindən MÖHTƏŞƏM YENİLİK: SİHA-ların "gözündən" heçnə yayınmayacaq
  6. “NATO-nun qapıları Ukraynanın üzünə açıqdır” – ABŞ-ın Müdafiə naziri
  7. İctimai Birliklərin “ Mədən Sənayesində Şəffaflığın Artırılması” Koalisiyası Tarif Şurasının qərarına etiraz etdi- Mövqe
  8. "İcra məmuru bizi dövlətimizdən narazı salır..." - GİLEY
  9. “Gilan Holdinq”də kütləvi ixtisar DALĞASI - Qəbələnin yüzlərlə sakini işsiz qalıb...
  10. Sabahın hava proqnozu açıqlanıb
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI