“Nar mobile” korporativ müştərilərinin qazancına göz dikən mobil rabitə operatorudur

1 621 28-08-2020, 13:27 siyaset / cemiyyet / gundem

“Nar mobile” korporativ müştərilərinin qazancına göz dikən mobil rabitə operatorudur
Mobil operatorların əhalinin cibinə girməsilə bağlı çoxsaylı məlumatlar var. Demək olar ki, bütün istiqamətlərdə fürsət düşən kimi mobil aperatorlar əhalini aldatmaqla məşqul olur. “Nar Mobile” ilə bağlı son zamanlar şikayətlər daha da artıb
“Nar mobile” korporativ müştərilərinin qazancına göz dikən mobil rabitə operatorudur. Bunu özünün feysbuk səhifəsində politoloq Taleh Əliyev yazıb.
“Qeyri-peşəkar komandası sayəsində mobil rabitə bazarında gündən günə müştərilərini və ən əsası etibarını itirən “Nar Mobile” şirkəti yeni qazanc mənbəyi tapıb. Korporativ müştəriləri sayəsində qazandığı milyonlar əvəzinə onlara ödəməli olduğu kiçicik vəsaiti mənimsəmək üçün korporativ müştəriləri borclu çıxarırlar. Əsas şüalarından biri müştəri məmnunluğu olan “Nar mobile” şirkəti əslində müştərilərini linc etməklə mobil rabitə bazarında öz etibarını və etimadını zədələyir.
P. S. Bu barədə yaxın günlərdə daha geniş bəhs edəcəyik. Hələlik bizə lazım olan sənədləri gözləyirik.

Qarşı tərəfi dənləməyə və mövqeyini dərc etməyə hzırıq.

Xeberdar.net

XƏBƏR LENTİ