"Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək" - Prezidentin köməkçisi

1 072 29-08-2020, 11:27 cemiyyet

"Vaksinlər hazır olan kimi ölkəyə gətiriləcək" - Prezidentin köməkçisi“Dünya səviyyəsində sertifikasiyadan keçən COVID-19-la əlaqədar vaksinlər hazır olan zaman ölkəyə gətiriləcək. Bununla bağlı məsələ izlənilir”.

Xeberdar.net məlumat verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət HacıyevNazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, həmin vaksinlərin Azərbaycan vətəndaşlarına tətbiq olunması istiqamətindəki məsələlər də daim diqqət mərkəzində saxlanılır.

Xeberdar.net

XƏBƏR LENTİ