DƏHŞƏTLİ PROQNOZ: milyardlarla insanın həyatı təhlükədədir

1 001 10-09-2020, 10:53 maraqli

DƏHŞƏTLİ PROQNOZ: milyardlarla insanın həyatı təhlükədədirBMT-nin Ümumdünya Meteorologiya Təşkilatı dəhşətli proqnozlar verib.
Publika.az-ın məlumatına görə, atmosferdəki zərərli qaz tullantılarının koronavirus pandemiyasına rəğmən rekord səviyyədə olduğu və qlobal istilik artımının növbəti 5 ildə 2,7 santiqrat yüksələcəyi açıqlanıb.
Beynəlxalq təşkilatlarla birgə hazırlanan yeni hesabatda koronavirus pandemiyasına görə tətbiq edilən karantin rejimləri dövründə karbonun miqdarı 17% azalsa da, atmosferdəki uzunmüddətli qaz konsentrasiyaları artmağa davam edir.
Hesabatda 2015-2020-ci illərin bu günə qədərki ən isti 5 il olaraq tarixə keçdiyi bildirilib. Əlavə olunub ki, iqlim dəyişikliklərinin geridönüşü olmayan təsirləri davam etməkdədir.
Proqnozlardan birində isə 2050-ci ilə qədər 2,7-3,2 milyarddan çox insanın içməli su qıtlığı ilə qarşılaşacağı bildirilir.
Zümrüd

XƏBƏR LENTİ