Tələbələrə maska məcburi olacaq - RƏSMİ

629 11-09-2020, 15:48 cemiyyet

Tələbələrə maska məcburi olacaq - RƏSMİ



























Azərbaycanın peşə, orta ixtisas və ali təhsil müəssisələrində maskadan istifadə məcburidir.

Xeberdar.net-in məlumatına görə, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda göstərilib.

Qaydalara görə, təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir. Ancaq peşə, orta ixtisas və ali təhsil müəssisələrində maskadan istifadə məcburidir.

Təhsilalan müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafə gözlənilir. Şəxsi gigiyena qaydalarına (o cümlədən mütəmadi əlləri yumaq) əməl edilir.

Dərs (məşğələ) müddətində təhsilalan, onun üçün müəyyənləşdirilmiş yerdə oturur. Təhsilalan digər təhsilalanlara aid əşyalara toxunmur.

Təhsilalan özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə özü və ya valideynləri və ya digər qanuni nümayəndələri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir.

XƏBƏR LENTİ