21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə

21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –KürdəmirdəKürdəmirdə sürücü ilə mübahisə edən gənc qız özünü hərəkətdə olan avtomobildən yola atıb.

Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Qaraqocalı kəndindən keçən hissəsində qeydə alınıb.

Sürücü, Kürdəmir rayonunun Xırdapay kəndinin 27 yaşlı sakini İbadov Əsəd Füzuli oğlu “VAZ-2107” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən onunla sərnişini, Kürdəmir rayon Şıxımlı kəndinin 21 yaşlı sakini Şükürova Ayşən Aqil qızı arasında mübahisə yaranıb. Bu zaman A.Şükürova hərəkətdə olan avtomobilin qapısını açaraq özünü avtomobildən yerə atıb.

Hadisə nəticəsində ağır bədən xəsarətləri alan A.Şükürova Kürdəmir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya ilkin tibbi yardım göstərsələr də vəziyyəti ağır olduğundan o, Bakı şəhərindəki xəstəxanlaradan birinə göndərilib.

Hazırda hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı Kürdəmir rayon Prokurorluğunda araşdırma aparılır.

21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb –Kürdəmirdə

  • 13-09-2020, 12:01
  • 291


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Azərbaycanda tələbə “WhatsApp”da status yazıb intihar etdi - FOTO
  2. Astarada qadın qonşusunun verdiyi dərmandan öldü
  3. DSX-dən İrana CAVAB
  4. Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib
  5. Bakıda DƏHŞƏT: 6 yaşlı uşaq diri-diri YANDI
  6. Sumqayıtda hamilə arvadını öldürən şəxsə hökm oxunub
  7. Sabiq icra başçısının həbs müddəti uzadılıb
  8. Azərbaycan-Gürcüstan-Türkiyə birgə gömrük komitəsinin fəaliyyət istiqamətləri açıqlanıb
  9. Qəbələdə karantin qaydalarını pozan toy təşkilatçıları cərimələnib
  10. Tehran rejiminin Azərbaycana qarşı törətdiyi təxribatlarla əlaqədar Milli Hərəkatçılar Birliyi bəyanat yaydı
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MARAQLI