Milli Hərəkatçılar Birliyinin yeni erməni hücumu ilə bağlı MÜRACİƏTİ

561 27-09-2020, 22:43 cemiyyet

Milli Hərəkatçılar Birliyinin yeni erməni hücumu ilə bağlı MÜRACİƏTİArtıq otuz ildən çoxdur ki, Azərbaycana sırınmış “atəşkəs” rejimini ermeniler daim pozur və anlaşma prinsiplərinə sakitcə əməl edən Azərbaycana ardıcıl atəş açaraq nəinki əsgərləri, hətta mülki əhalini belə öldürürlər. Bununla yetinməyən Ermənistan son aylarda müharibə ritorikasını şişirtməklə yanaşı, öz miskin dövlət başçısının ailəsini belə için içinə qataraq Azərbaycan xalqına gözdağı verməklə təqhir etməyə başlamışdır.
Rusiyadakı ağalarının verdiyi cəsarətdən olmalıdır ki, Ermənistan terrorçuları bu gün səhər tezdən yenə “atəşkəs” rejimini pozaraq bütün cəbhə boyu hücuma keçmiş və Azərbaycan ordusunun mövqelərinə, dinc əhali yaşayan məntəqələrə atəş açmışlar. Bu azğınlığa “Dur!”-deyən Azərbaycan ordusu isə əks-hücuma keçmişdir və hazırda düşmənə ağır zərbələr vurmaqda davam edir.
Şübhəsiz, bugünkü erməni hücumu artıq bəsit bir “atəşkəs rejimini pozmaq” yox, Ermənistanın və onun ağalarının Azərbaycana qarşı geniş miqyaslı müharibə planının ilk mərhələsidir. Azərbaycan Dövləti bu təhlükəni zamanında görüb doğru dəyərləndirmiş və gərəkən cavabı vermək üçün anında hərəkətə keçmişdir. Umud edirik ki, bu dəfə ordumuzun qələbə yürüşü başqa bir siyasi səbəb və ya təzyiq sonucu yarımçıq durdurulmayacaq.
Çoxdan gözlənilən belə bir gündə xalqımızın birlik və bərabərliyə böyük ehtiyacı var. Ona görə də, ayrı partıya, təşkilat və qrupların, keçmiş iqtidarların tənqid, təhqir edilməməsi, dedi-qodulara yer verilməməsi, Vətən toppaqlarının qurtuluşu üçün hamının tək yumruq, tək ürək olub bütövləşməsi çox önəmlidir.
Milli Hərəkatçılar Birliyi (MHB) uğur qazanıb qalib gələcəyimizə əminliyini bildirir, bütün xalqımızı, qardaş dövlət və toplumları Azərbaycanın haqq-ədalət uğrunda mübarizəsini dəstəkləməyə çağırır. Biz MHB olaraq, ehtiyac duyulan hər bir sahədə, hər bir işdə üzvlərimizlə birgə fədakarlıqla çalışmağa hazır olduğumuzu bildiririk.
Ulu Tanrıdan şəhidlərimizə rəhmət, döyüşən ordumuza zəfər diləyirik!

XƏBƏR LENTİ