Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub

587 1-10-2020, 13:16 cemiyyet

Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulubErmənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi raket atəşinə tutulub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 1-də səhər saatlarında Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycan ərazisi atəşə tutulub.

Ermənistandan atılan raketlər Cəbrayıl-Füzuli ərazisindəki cəbhə xəttinə düşüb.

Ermənistan tərəfindən tələb edirik ki, Azərbaycan ərazisinin atəşə tutulmasını dərhal dayandırsın və xəbərdar edirik ki, əks təqdirdə adekvat cavab tədbirləri görüləcək.

XƏBƏR LENTİ