Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ

616 3-10-2020, 15:49 siyaset / bolge

Erməni təcavüzü nəticəsində Azərbaycanın itkiləri açıqlandı - RƏSMİ
Ermənistan Silahlı Qüvvələrinin ağır artilleriya silahlarından 27 sentyabrdan hazırkı vaxtadək əhalinin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 19 dinc sakin həlak olub.
Xeberdar.net Oxu.az -a istinadən xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Baş prokurorluqda Ermənistan Silahlı Qüvvələri tərəfindən dinc əhalimizə qarşı törədilmiş cinayətlərlə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, həlak olanlardan 14-ü kişi, üçü qadın, ikisi azyaşlıdır.

“Həlak olan dinc sakinlərin səkkizi Tərtər, beşi Goranboy, dördü Ağdam, ikisi isə Füzuli rayonu sakinləridir”.

“Ermənistan Silahlı Qüvvələrinin təxtibatları nəticəsində yaralanan dinc sakinlərin sayı 63-dür.

Onlardan 53-ü kişi, altısı qadın, biri isə azyaşlıdır. Yaralılardan 26-sı Tərtər rayon sakini, 14-ü Ağdam sakini, 10-u Ağcəbədi, altısı Füzuli, ikisi Goranboy, ikisi Bərdə, biri Daşkəsən, biri Xocalı, biri Cəbrayıl sakinləridir”.

Qeyd edək ki, Ermənidtan silahlı qüvvələrinin təxribatları nəticəsində 44 mülki obyekt, 181 yaşayış evi yararsız hala düşüb.

XƏBƏR LENTİ