Azərbaycanın Hərbi Komandanlığından işğal altında olan mülki əhaliyə MÜRACİƏT: döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq

573 4-10-2020, 16:43 bolge / gundem

Azərbaycanın Hərbi Komandanlığından işğal altında olan mülki əhaliyə MÜRACİƏT: döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq
Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan ölkəmizin erməni vətəndaşlarına müraciət edərək bildirir ki, Azərbaycan Ordusu dinc əhalini, mülki obyektləri və infrastrukturu hədəfə almır.
"Xəbərdar.net" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycan Ordusunun hədəfi işğal olunmuş ərazilərimizdəki atəş mövqeləri, hərbi obyektlər və hərbi infrastrukturdur:

"Bununla əlaqədar bu ərazilərdə məskunlaşan mülki əhalini döyüşlər gedən bölgələrdən uzaq durmağa çağırırıq. Bildiririk ki, onların ağır döyüşlərdən ziyan çəkməməsi və ərazidən maneəsiz təxliyəsi üçün tərəfimizdən müvafiq şərait yaradılacaq. Mülki əhali ilə Cenevrə Konvensiyasının tələblərinə uyğun rəftar olunacaq və onların insan hüquqları qorunacaq".

XƏBƏR LENTİ