Qəbələdə maşın dərəyə aşdı: Sürücü öldü

522 5-10-2020, 06:55 hadise

Qəbələdə maşın dərəyə aşdı: Sürücü öldü

Qəbələ rayonunda “VAZ” markalı minik maşını dərəyə aşıb.

Xeberdar.net Oxu.az -a istinadən xəbər verir ki, Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlu hadisə yerində ölüb.

Şimal-qərb Regional Mərkəzinin xilasediciləri onun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

XƏBƏR LENTİ