Hikmət babaya Bayraq verilib

584 7-10-2020, 19:06 cemiyyet

Hikmət babaya Bayraq verilibAzərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə Şəki şəhər sakini Hikmət Musayev “ASAN xidmət” mərkəzinə gələrək ordumuza 180 manat maddi dəstək olub.
Xəbərdar.net xəbər verir ki, o, eyni zamanda “ASAN Könüllüləri” Təşkilatının “Əsgərə məktub” layihəsinə qoşulub.

ASAN könüllüləri Baş Küngüt kəndinin sakini olan Hikmət Musayevə şanlı Azərbaycan Bayrağını təqdim ediblər. Hikmət Musayev müqəddəs bayrağımızı öpərək təhvil alıb. O, qəhrəman Vətən övladlarının qələbəsinə və qısa müddətdə ərazi bütövlüyümüzün bərpa ediləcəyinə əminliyini ifadə edib.

“ASAN xidmət”in kollektivi Azərbaycan Ordusuna haqq işində, Qarabağın işğaldan azad olunması yolunda tükənməz əzm və möhkəm iradə arzulayır.

Biz zəfər çalacağıq! Qarabağ Azərbaycandır!

XƏBƏR LENTİ