İlham Əliyev: “Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən”

386 9-10-2020, 21:51 ---

İlham Əliyev: “Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən”
İlham Əliyev: “Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən”
“Zəng edirsən, bütün dünya liderlərinin beynini xarab edirsən. Kim qaldı ki zəng edib, zəhləsini tökməsin? Məsləhət edərdim ki, bəlkə, şamanlara zəng eləsin, onlar ona kömək eləsin”.

Bu barədə Prezident İlham Əliyev AZTV telekanalında xalqa müraciəti zamanı deyib.

“Paşinyan, bəlkə, hansısa uzaqda yaşayan qəbilə başçısına zəng eləsin, o, onun canını qurtarsın?! O, artıq “anekdot” personajına çevrilib. Açıb sosial şəbəkələrə baxın. Onu necə lağa qoyub, ələ salırlar.

Bəlkə də, dünya miqyasında öz ölkəsini bu qədər rəzil edən ikinci adam olmayıb. Nəyə görə?! Çünki gəlib başqasının torpağında oturub, oradan çıxa bilmir”, - dövlət başçısı vurğulayıb.

Prezident xalqımıza səslənərək bir daha vurğulayıb:

“Biz torpaqlarımız geri alacağıq”.

XƏBƏR LENTİ