"TÜRKİYƏ SONADƏK AZƏRBAYCANIN YANINDADIR..." - "Nə lazımdırsa, etməyə davam edirik”

554 12-10-2020, 13:53 cemiyyet

"TÜRKİYƏ SONADƏK AZƏRBAYCANIN YANINDADIR..." - "Nə lazımdırsa, etməyə davam edirik”“Azərbaycanla Türkiyə qardaşdır. Bizim bir-birimizdən ayrılmağımız mümkün deyil. Nə lazım idisə etdik, etməyə də davam edirik”.

“Report” DHA-ya istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Milli Müdafiə naziri Hulusi Akar söyləyib.

“Azərbaycan ərazilərini işğal edən təcavüzkar, barbar Ermənistan var. O insanlardan soruşmaq lazımdır: 30 il ərzində azərbaycanlı qardaşlarımız dialoq üçün gözləyib, bu günədək nə edibsiniz? Bunun cavabı sıfırdır.

Bu mübarizədə Türkiyə sonadək Azərbaycanın yanındadır. Azərbaycanlı qardaşlarımız atəşkəs qərarına riayət edib. Qeyri-səmimilik göstərən Ermənistan isə buna əməl etməyib. Raketlərlə acımasız şəkildə dinc əhalini qətl etməyə davam etdilər”, - nazir bildirib.

Xeberdar.net

XƏBƏR LENTİ