Tovuzda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var

493 12-10-2020, 21:42 hadise

Tovuzda yük maşınının aşması nəticəsində ölən və yaralananlar varTovuzda yük maşınının aşması nəticəsində ölən və yaralananlar var
Tovuzda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində qeydə alınıb.

Hərəkətdə olan “KamAZ” markalı yük maşını aşıb. Nəticədə bir nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

XƏBƏR LENTİ