ERMƏNİLƏR ZORLA ÖLÜMƏ GÖNDƏRİLİR - Qarabağdan kütləvi qaçışı dayandırmaq üçün yeni əmr verilib

ERMƏNİLƏR ZORLA ÖLÜMƏ GÖNDƏRİLİR - Qarabağdan kütləvi qaçışı dayandırmaq üçün yeni əmr verilibDağlıq Qarabağdan həm döyüş mövqelərini özbaşına tərk edib fərarilik edən və Ermənistana qaçan hərbçilərin, həm kişi cinsindən olan və müharibədə iştirak etmək istəməyərək bölgəni tərk edənlərin kütləvi hal alması qondarma rejimi yeni əmr imzalamağa məcbur edib. Erməni KİV-lərinin xəbərlərinə görə, bu gün oktyabrın 15-dən etibarən qondarma “dqr prezidenti” Araik Arutyunyanın yeni əmri qüvvəyə minir.

Bu əmrə əsasən işğal altındakı ərazilərdən Ermənistana gediş məhdudlaşdırılır. Qarabağı ancaq qadınlar və uşaqlar, habelə ciddi xəstəliyi olub təxirəsalınmaz tibbi yardıa ehtiyacı olan kişilər tərk edə bilər. Qalanların isə bölgəni tərk etməsi qadağandır. Habelə səfərbərlikdən yayınanların aşkarlanması, mənzillərin, avtomobillərin, sənədlərin yoxlanılması üçün komendatura yaradılır.

Xatırladaq ki, Qarabağdakı düşmən qüvvələrinin sıralarında kütləvi fərarilik hallarının artması barədə son günlər Ermənistan hakimiyyəti də etiraf etməyə başlayıb.

ERMƏNİLƏR ZORLA ÖLÜMƏ GÖNDƏRİLİR - Qarabağdan kütləvi qaçışı dayandırmaq üçün yeni əmr verilib

  • 15-10-2020, 15:50
  • 145


Oxşar mövzular
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI