Prezident: “Azərbaycan xalqı Qarabağda vətən müharibəsi aparır”

Prezident: “Azərbaycan xalqı Qarabağda vətən müharibəsi aparır”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “RİA Novosti”yə verdiyi müsahibədə ölkəmizin Dağlıq Qarabağda vətən müharibəsi apardığını söyləyib.

“Bilirsiniz, istənilən müharibə qəddarlıq, insanların əzab çəkməsi, yaxınlarını itirmək deməkdir, amma fərq ondadır ki, Azərbaycan xalqı üçün bu, vətən müharibəsidir, Ermənistan üçün isə təcavüzkar müharibədir. Heç kim üçün sirr deyil və bu, beynəlxalq vasitəçilərin onsuz da bildiyi bir faktdır ki, “Dağlıq Qarabağ Ordusu” adlandırılan bir şey mövcud deyil. Bu gün, erməni tərəfinin belə adlandırdığı bu birləşmənin hərbçilərinin 90% -i Ermənistan vətəndaşıdır”, - deyə Azərbaycan Respublikasının Prezidenti vurğulayıb.

“Onlar orada nə edirlər? Bu gün erməni işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindədir. Buna heç bir şəkildə haqq qazandırmaq olmaz: nə beynəlxalq hüquq, nə də insan əxlaqı baxımından. 30 il ərzində azərbaycanlıların ata yurdlarına buraxılmaması üzrə siyasət yürütmək mümkün deyil. Bunlar erməni əhalisinin heç vaxt yaşamadığı ərazilərdir. Orada hər şeyin dağıdılması və oraya qayıtmaq üçün böyük qüvvə və vaxt sərf edilməli olması başqa məsələdir, ancaq bu cür mövqeyə heç cür haqq qazandırmaq olmaz. Buna görə də biz və bizim hərbi qulluqçularımız vuruşur və Azərbaycan torpağında ölürlər”, - deyə prezident əlavə edib.

Prezident: “Azərbaycan xalqı Qarabağda vətən müharibəsi aparır”

  • 15-10-2020, 22:02
  • 157


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Doğum evlərində süni qida bazarına yox deyək!
  2. Tarixlə döyüşənlər – İqbal Ağazadə yazır
  3. Göyçayda polis dələduzu himayə edir-İDDİA+ VİDEO
  4. SABİQ NAZİRƏ HÖKM OXUNDU
  5. Faiq Hüseynbəylinin şəhidə yazdığı kitabı çap olunub
  6. TƏLƏBƏ KREDİTİ KİMLƏRƏ VERİLƏCƏK? - Tələbələr krediti hansı formada ödəyəcək?
  7. ŞUŞA BƏYANNAMƏSİNİN MOSKVA ƏKS-SƏDASI... - Və Zaxarovanın şərh vermək haqqı
  8. Beynəlxalq federasiyanın prezidenti vəzifəsinə azərbaycanlı seçildi
  9. Təmiz Binəqədidə natəmiz görüntülər - VİDEO
  10. Ağalar Vəliyev nədən bu qədər MATAH OLUB Kİ... - “Kristal Abşeron” istədiyi fırıldağı çevirir...
«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MARAQLI