"Prezidentimiz əsas məqsədinin xalqın etimadını doğrultmaq olduğunu vurğuladı" - MƏDİNƏ QULUZADƏ |Münasibət

477 19-10-2020, 22:44 cemiyyet

"Prezidentimiz əsas məqsədinin xalqın etimadını doğrultmaq olduğunu vurğuladı" - MƏDİNƏ QULUZADƏ |Münasibət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də "Rossiya Seqodnaya Beynəlxalq İnformasiya Agentliyi" media qrupunun baş direktoru Dmitri Kiselyovaya müsahibə verib. D.Kiselyova öncəliklə müsahibəyə icazə veridiyi üçün Prezident İlham Əliyevə öz minnətdarlığını bildirib. Daha sonra sentyabr ayının 27dən başlayan münaqişənin ümumi nəticəsini və itkilərimizin sayının açıqlanması istənilib.

Prezidentimiz bu günlər ərzində 43 dinc sakinin həlak olduğunu, 200-dən çox yaralımızın oduğunu bildirib. Cəbhədəki itkilərimizin isə münaqişə başa çatdıqdan sonra açıqlanacağı qeyd olunub. Prezident İlham Əliyev döyüşün nəticələrinin bizim üçün nə qədər uğurlu olduğunu, Cəbrayıl şəhəri və royunun kəndlərinin çox hissəsini, Füzuli rayonunun kəndlərinin əksəriyyətini, stateji əhəmiyyəti olan Suqovuşan qəsəbəsinin işğaldan azad edildiyini açıqlayıb. Əməliyyatlatın uğurla davam edəcəyini də qeyd edib.

Müsahibədə bizim xarici dövlətlərin ordusuna ehtiyyacımızın olmadığını, öz ordumuzun öz torpaqlarımızı azad etmək gücünə qadir olduğu xüsusi qeyd edilib. Daha sonra 10 oktyabr tarixli Moskva razılaşmalarının baza prinsiplərinin 10 ildən uzun bir müddətdə hazırlandığı qeyd edilir. Əsas prinsipə görə Azərbaycanın işğal edilmiş rayonlarının mərhələli şəkildə azad olunması nəzərdə tutulduğu qeyd olunur.

Siz tarixdə necə qalmaq istəyərsiniz sualına cavab olaraq prezidentimiz bizim müharibəmizin öz tariximizdə azadlıq müharibəsi olduğunu, ermənilərin isə işğalçılıq müharibəsi olduğunu qeyd edib. Əsas məqsədinin tarixdə iz qoymaq deyil, Azərbaycan xalqının etimadını doğrultmaq olduğunu vurğulayıb.

Mədinə Quluzadə- Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin II kurs tələbəsi


Mirzə li
XƏBƏRDAR

XƏBƏR LENTİ