”BİZDƏ RƏSMƏN DAĞLIQ QARABAĞ ADLANAN BÖLGƏ YOXDUR" - “Ermənilərin status verilməsi haqda heç fikirləşmək belə istəmirəm”

486 20-10-2020, 11:25 cemiyyet

”BİZDƏ RƏSMƏN DAĞLIQ QARABAĞ ADLANAN BÖLGƏ YOXDUR" - “Ermənilərin status verilməsi haqda heç fikirləşmək belə istəmirəm”Tofiq Zülfüqarov: “Ermənilər unutmasınlar ki, Azərbaycanın Silahlı Qüvvələrinin ən güclü hissələrindən biri olan Naxçıvandakı bölmələrimiz Ermənistanın paytaxtının cəmi 40 kilometrliyindədir

Terrorçu Ermənistanın törətdiyi cinayətlər səbəbindən Rusiya və Fransanın təşəbbüsü ilə əldə olunan hər iki humanitar atəşkəs razılaşmasının ömrü çox qısa oldu. Özü də hər dəfə atəşkəs razılaşması əldə olunduqdan sonra Ermənistan təkcə hərbi mövqelərimizi deyil, yaşayış məntəqələrimizi hədəfə aldı, Gəncə əhalisinə qarşı qadağan olunmuş raketlərdən istifadə etməklə bəşəri cinayət törətdi. Bu barədə və ümumiyyətlə, situasiya ilə bağlı sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun musavat.com-a müsahibəsinin təqdim edirik..

- Tofiq bəy, məntiqə əsaslansaq, ağır vəziyyətdə olan Ermənistan atəşkəs rejiminin qorunub-saxlanmasında maraqlı olmalıdır. Ancaq bunun əksi baş verir, hətta dinc sakinlərimizə qarşı qəddarlıq nümayiş etdirilir. Sizcə, bunun səbəbi nədir? Ermənistan daxilində hakimiyyətsizlikmi hökm sürür, yoxsa Nikol Paşinyan özü bütün erməniləri ağılsızlığının qurbanına çevirməkdədir?

- Ermənilər tendensiyanı müşahidə edərək görürlər ki, gücləri gün-gündən azalır. Bu məqamda təbii ki, onlara atəşkəs lazımdır. Amma onlar yaxşı başa düşürlər ki, dünənki, yaxud sabahkı atəşkəs tərəflərin niyyəti əsasında mümkündür. Yəni onların istədiyi atəşkəs fərqli bir şeydir. Atəşkəsdən başqa, onlar hansısa qüvvələrin gəlməsilə bağlı müşahidə olunan situasiyanı istəyirlər. Daha doğrusu, artıq başa düşüblər ki, Rusiya onların əvəzinə vuruşan deyil. İkincisi də burada atəşkəsin əldə olunması zamanı hansısa qüvvələrin gəlməsini və bu gün, ya sabah olan təmas xəttində tərəflər arasında yerləşməsini istəyirlər.

- Sülhməramlı, yaxud da müşahidəçi adı altında...

- Bəli. Bəlkə də ilkin mərhələdə müşahidəçi olsun. Hansı ki, bu və ya digər şəkildə zəif də olsa, beynəlxalq qurumları, ya da rusları təmsil eləsin. Ya da hansısa sülhməramlı qüvvələr gətirilsin. Bu mənada ermənilərin istəyi bəllidir. Ona görə də zəif formada qurulan atəşkəsin tərəfdarı deyillər. Zəif mövqe deyərkən coğrafi mövqedən söhbət getmir. Əslinə qalsa, onlar başa düşürlər ki, artıq əraziləri itiriblər. Amma indi təmas xəttində, Ermənistan və Azərbaycan arasında hansısa üçüncü qüvvə müşahidəçi olsun və onlar hərbi əməliyyatların yenidən bərpa olunmasına imkan verməsin. Digər tərəfdən də ermənilər məsələləri uzatma siyasətini - status-kvonu - davam etdirsinlər. İndiki mərhələdə onlar həmişə zərbə altında olacaqlar. Yəni biz görsək ki, yenə uzadırlar, konkret bir şey demirlər, torpaqları azad etmək istəmirlər, o halda atəşkəsin üstündən keçmək heç bir problem yaratmayacaq.

- Amma Azərbaycan Prezidenti qəti şəkildə bəyan edib ki, təmas xətti yoxdur, status-kvonu biz aradan qaldırdıq və Azərbaycanın icazəsi olmadan ərazilərimizə heç bir sülhməramlı qüvvə gətirilə bilməz! Deməli, ermənilərin bu istəyi də heç zaman reallaşmayacaq, elə deyilmi?

XƏBƏR LENTİ