Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - FOTO

Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - FOTO

İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan ordusunun əks-hücumu Ermənistan ordusunda böyük itkilərlə nəticələnib. Bu səbəbdən onlarda kəskin əsgər qıtlığı yaşanır.

Ermənistan ordusu bu boşluğu doldurmaq üçün çıxış yolunu muzdlularda görür. Belə ki, Rusiyadakı ermənilərin VOMA ictimai təşkilatı muzdluları cəlb etmək üçün xüsusi kampaniya təşkil edib.

Bununla bağlı elanda bildirilir ki, sürətli hərbi hazırlıq kurslarından keçdikdən sonra onlar Ermənistan Müdafiə Nazirliyinin komandanlığı altında təyin olunmuş ərazilərdə döyüş əməliyyatlarına çıxarılacaq.

Yeri gəlmişkən, qeyd edək ki, Ermənistanda kəskin hərbçi qıtlığı səbəbindən bundan əvvəl 55 yaşa qədər insanlar səfərbərliyə çağırılmışdı, sonradan isə qadınlar da hərbi xidmətə cəlb edildi.

Son bir neçə gündə isə onların artilleriya atışı zamanı yeniyetmələrdən istifadə etdiyi, həmçinin, azyaşlı qızlara silah təlimi keçdiyi barədə görüntülər yayıldı.

Qeyd edək ki, son iki hal uşaq hüquqları üzrə BMT Konvensiyasının və UNICEF-in Paris Konvensiyasının normalarını pozur.
Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - FOTO

Böyük itkilər verən Ermənistan muzdlu axtarışında: Rusiyada kampaniya başlatdılar - FOTO

  • 25-10-2020, 16:00
  • 98


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Azərsu"nun sədri işdən çıxarıldı - SƏRƏNCAM
  2. Daha iki şəhidimizin övladı dünyaya gəlib - FOTO
  3. Bakıda məhkəmə fırıldağı: sahibkar Ədliyyə Nazirliyinin girovuna çevrilib - Hüquq müdafiəçilərindən Prezidentə ŞOK MÜRACİƏT
  4. Alimpaşa Məmmədov maral ətini kimlərə satırmış? - TƏFƏRRÜAT
  5. Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə getdi - FOTO
  6. Hərbi Prokurorluq məlumat yayıb
  7. Sabahın hava proqnozu açıqlandı
  8. 15 yaşlı qızı zorlayan şəxs həbs edilib
  9. “Ermənistanla sərhədlərin demarkasiyası və delimitasiyası yekunlaşır” - Təhlükəsizlik Şurasının katibi
  10. Fransa Əlcəzairdə keçirdiyi dəhşətli nüvə sınaqlarının cəzasını çəkməyə başladı...
«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MARAQLI