Qubada karantin qaydalarını pozaraq qonaqlıq edənlər məsuliyyətə cəlb olundular - FOTO

563 26-10-2020, 13:30 bolge

Qubada karantin qaydalarını pozaraq qonaqlıq edənlər məsuliyyətə cəlb olundular - FOTO

Qubada karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olunublar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupu məlumat verib.

Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb.

Ev sahibi və məclisdə iştirak edən 20 nəfər Sumqayıt şəhər sakini saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunub.

XƏBƏR LENTİ